Yaxın gələcəkdə Azərbaycan-İran münasibətləri daha da möhkəmlənəcək.
Tarix: 21-05-2024 | Saat: 16:36
Bölmə:Özəl | çapa göndər
Azərbaycan bir dövlət kimi mövcud olduğu dövrdən başlayaraq həmişə öz mental dəyərlərinə üstünlük verərək , dostluqda etibarlılığı, yerləşdiyi coğrafi mövqedəki qonşu dövlətlərlə əməkdaşlıq etməsi nəticəsində öz dövlətçiliyini qoruyub-saxlaya bilmişdir. Bu gün də bu ənənənin davam etməsi müstəqil Azərbaycanın devizinə çevrilmişdir. Məhz qonşu dövlətlərlə birgə əməkdaşlığın bariz nümunəsi olaraq, mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Əvvəlcə dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar. Sonra hidroqovşaqlarla bağlı videoçarx nümayiş etdirildi. Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib.
Tarixə nəzər salsaq açıq şəkildə görə bilərik ki, zaman-zaman Azərbaycanın yürütdüyü rasional siyasət ölkəmizin qonşu dövlətlərlə də münasibətlərinin ən yüksək səviyyədə bərqərar olmasına gətirib çıxarıb. Təbii ki, Ermənistan istisna olmaq şərtilə regionun bütün qonşu dövlətləri ilə Azərbaycan dövləti həmişə öz isti münasibətlərini qoruyub saxlamağa nail olub.
Sadalanan bütün arqumentlərə nümunə qismində İranı göstərmək olar. İranla hər hansı analaşılmazlıqların dialoq yolu ilə aradan qaldırlması üçün ölkəmiz daim müvafiq fəaliyyət həyata keçirib. Elə bunun nəticəsidir ki, ikitərəfli münasibətlərdə ziddiyyətli məqamlar aradan qalxıb. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi mərasimində çıxışı zamanı bu xüsusda Prezident İlham Əliyev cənabları xüsusi olaraq qeyd edib: “Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb”. Dövlət başçısının mərasimdə toxunduğu mühüm məqamlardan biri də nəqliyyat layihələri ilə bağlı olub: “Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub nəqliyyat dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir... Eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq”. Bütün bunlar bir daha təsdiq edir ki, ikitərəfli münasibətlərdə narahatlıq doğuran məqamlar aradan qalxıb və daha çox əməkdaşlıq prioritetdir. Aparılan hesablamalar göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yükdaşıma imkanı 100 milyon tona qədər arta bilər. Yaxın perspektivdə dəhlizlə yükdaşıma 7 milyon tondan 15 milyon tona çatacaq. Gələcəkdə isə bu, mərhələli şəklidə tədricən artacaq. Şimal-Cənub dəhlizinin 162 kilometrlik Rəşt-Astara hissəsinin İranla birlikdə inşası davam edir. Bu layihəni 2027-2028-ci ildə yekunlaşdırmaq planlaşdırılır. Azərbaycan marşrutun öz ərazisindən keçən hissəsini yaxşılaşdırır ki, bu da ildə ilk mərhələdə 7 milyon ton yük daşınmasına imkan verir.
Prezidentlər Azərbaycan-İran münasibətlərinin dostluq və qonşuluqdan daha irəli getdiyini ifadə etdilər və regionumuzda kənar güclərə yer olmadığını bildirdilər. Həm də dostluq və qardaşlığımıza heç bir kənar qüvvələrin xələl yetirə bilməyəcəklərini ifadə etdilər. Görüş çox yüksək səviyyədə dostluq və qardaşlıq şəraitində başa çatmışdı. Bu, Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasının nümayişi idi. Amma təəssüf ki, görüşdən geri qayıdan İran prezidenti bir neçə nümayəndə heyəti ilə helikopter qəzasında faciəvi şəkildə həlak oldular. Dövlət başçımız helikopterin sərt eniş xəbərini eşidən kimi dərhal öz narahatlığını bildirdi və axtarış tədbirlərinə cəlb olunması üçün xilasedicilər qrupunun hazırlanmasına tapşırıq verdi. O cümlədən, baş vermiş faciənin nəticələri məlum olan kimi kədərləndiyini və sarsıldığını ifadə edərək başsağlığı verdi. İran xalqının yanında olduğunu bildirdi. Biz heç vaxt İran xalqına belə faciələrin yaşamasını arzulamırıq. Qəzada dünyasını dəyişən bütün şəxslərə Allahdan rəhmət, İran xalqına səbr diləyirik. Azərbaycan-İran münasibətləri daha da möhkəmlənəcək. Gələcəkdə qarşılıqlı fayda əsasında yeni platformalarda əməkdaşlığımız davam edəcək .
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025