Mobil versiya
Həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısında
Tarix: 13-08-2025 | Saat: 13:19
Bölmə:Ölkə | çapa göndər

Həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısında

Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Ziyəddin Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti iclas avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.

Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektik naqili ilə qəsdən boğularaq öldürülmesi barədə polisə məlumat verilib. İlkin araşdirmalarla məlum olub ki, əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlibmiş.

Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olunub

Seymur Əli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2025