Mobil versiya
AZƏRBAYCAN REGİONDA BÖYÜK LAYİHƏNİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA HƏYATA KEÇİRTDİ!
Tarix: 21-05-2024 | Saat: 16:34
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN REGİONDA BÖYÜK LAYİHƏNİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA HƏYATA KEÇİRTDİ!

Azərbaycan və İran Prezidentlərinin sərhəd xəttində görüşməsi iki ölkə rəhbərliyinin yaxşı münasibətlər qurmağa olan siyasi iradəsini göstərdi. münasibətlər iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır, hər hansı bir problemin mövcudluğunu tamamilə istisna edir. Tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Xüsusilə energetika sahəsində geniş imkanlar var. Bu isə dünya energetika bazarında hər iki ölkənin yerini daha da möhkəmləndirir.Həmçinin tərəflər görüş zamanı regionda olan vəziyyəti müzakirə etdilər, biri-birlərinin milli maraqlarına hörmətlə yanaşdıqları bəyan edildi. Azərbaycan-İran münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə hər hansı bir şübhə ola bilməz.Eyni zamanda hər iki ölkəni qədimdən birləşdirən tarix, mənəvi dəyərlər var. Bu münasibətlərin daha da yaxşı olması cəmiyyətdən gələn sosial mesajdır. İnanırıq ki, hər iki ölkə bundan sonra da yaxşı münasibətlərin qurulması, əlaqələrin möhkəm olması üçün maksimum səy göstərəcəklər. Azərbaycan bu məsələdə İranla yaxşı münasibətlərin qurulmasını özünün xarici siyasətində prioritet məsələlərdən biri hesab edir. Bu tədbirdə çıxış edən dövlətimizin başçısı Cənubi Qafqaz bölgəsi ilə bağlı məsələlərdən də söz açıb. İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığını, beynəlxalq təşkilatlarda, üzv olduqları təşkilatlarda bir-birini dəstəklədiyini və iki ölkənin dostluğunun nə qədər möhkəm olmasının bütün dünyanın da şahidi olduğunu vurğulayan cənab Prezident İlham Əliyev bildirib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.
İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Əlavə edib ki, bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir. Amma bu, bir faktdır ki, son günlər iki ölkə arasındakı bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr də peyda olmuşdu. Onlar nəyin bahasına olursa-olsun iki qonşu dövlət arasında münasibətləri kəskinləşdirməyə cəhdlər edirdilər. Amma bu görüş bir daha göstərdi ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bu iki ölkənin arasına girə bilməz. Dövlət başçımızın bildirdiyi kimi, bu səylər əbəsdir və  bugünkü mərasimlə bunu bir daha sübut edirik. İran və Azərbaycan Araz çayı boyunca 420 km uzunluğunda müştərək mənafeyə sahibdir. Bu çay ötən 50 il ərzində iqtisadi, sosial və mədəni infrastrukturların inkişafı amili olub və iki ölkənin əməkdaşlıq və dostluq simvolu hesab olunur. İki ölkə arasında müştərək tikililər 1 milyard dollardan çox investisiya ilə ticarət və başqa regional əməkdaşlığın artması üçün imkanlar yaradıb. “Qız Qalası” hidroqovşağı Araz su bəndindən 208 km və “Xudafərin” hidroqovaşğındn 12 km aralıda Araz çayı üzərində iki ölkənin suyun tənzimlənməsi və elektrik istehsalı üçün tənzimlənib. “Qız Qalası” hidroqovşağı daşqınların idarə olunması, quraqlıq şəraitində suyun tənzimlənməsi, ikitərəfli öhdəliklərə uyğun sərhəd sularının bölünməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, ənənəvi kənd təsərrüfatının müasir kənd təsərrüfatına çevrilməsi, çoxsaylı təbii və tarixi cazibəlikləri nəzərə alaraq turizmin inkişaf etdirilməsi və ildə 540 gigavat elektrik enerjisinin istehsal olunması kimi məqsədləri daşıyır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib.
Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə