İki ölkə arasında zamanın sınağından çıxmış dostluq
Tarix: 21-05-2024 | Saat: 12:34
Bölmə:Özəl | çapa göndər
Azərbaycan-Belarus dövlətlərarası əlaqələri təkcə sıx ticarət-iqtisadi əlaqələrə, regional və beynəlxalq siyasətin bir sıra sahələrində ümumi milli maraqlara deyil, həm də ümumi tarixə əsaslanır. Azərbaycan və Belarus liderlərinin özləri də dəfələrlə bəyan etdikləri kimi, iki dövləti çoxdan səmimi dostluq münasibətləri birləşdirir. Prezident İlham Əliyevlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında çoxillik və zamanın sınağından çıxmış möhkəm dostluq telləri onların milli və dövlət maraqlarını müxtəlif beynəlxalq platformalarda çiyin-çiyinə müdafiə etməyin şəxsi nümunəsidir. Dostluq və qarşılıqlı hörmət telləri bir-birinin fikrinə diqqətli münasibət, nəzərdə tutulan planların həyata keçirilməsinə məsuliyyətli münasibət və maraqların qarşılıqlı dəstəyini diktə edir. Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir. Belarus və Azərbaycan rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025