BELARUS İLƏ AZƏRBAYCANIN ETİBARLI DOST OLMALARI HEÇ KİMDƏ ŞÜBHƏ DOĞURMUR
Tarix: 17-05-2024 | Saat: 10:08
Bölmə:Özəl | çapa göndər
Dövlət başçısı İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirdi ki, çox uzaq olmayan gələcəkdə əməkdaşlığın yeni istiqamətlərini görəcəyik
Daim vurğulandığı kimi, qarşılıqlı səfərlər, bu səfərlər çərçivəsində imzalanan sənədlər, müzakirə olunan məsələlər, eyni zamanda, tərəflərin ortaya qoyduqları mövqe, səsləndirdikləri bəyanatlar ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərməklə yanaşı, münasibətlərin hansı səviyyədə olduğuna, mövcud potensial imkanlara da aydınlıq gətirir. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı yönündə atılan addımlar, həmçinin bu addımların beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsi bugünümüzün reallıqları sırasındandır. Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri də bu silsilədəndir.
Sovetlər Birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 2007-ci ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən Azərbaycan və Belarus prezidentləri tərəfindən 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir.
Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verirlər.
İki ölkə arasında iqtisadi əlaqələrə gəldikdə bu sahədə də davamlı inkişaf meyilləri müşahidə olunur. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənədlər “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır. Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə Minsk şəhərində “Azərbaycan Ticarət Evi”, Azərbaycanda isə Belarus mağazalarının şəbəkəsi fəaliyyət göstərir.
Belarus həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə ərazi iddialarından əl çəkməyə çağırıb. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Əminliklə demək olar ki, Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün nümunə ola bilər.
Ötən il Prezident İlham Əliyev Azərbaycan ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə belaruslu həmkarı Aleksandr Lukaşenkoya ünvanladığı təbrik məktubunda bu məqamları xüsusi qeyd etmişdir ki, son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətləri yüksək səviyyədədir. Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur. Aleksandr Lukaşenkonun Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə verdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcəyinə, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində bu kimi məsələlərə bir daha aydınlıq gətirildi. Cənab İlham Əliyev keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb. Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Görüşdə bu məqam da xüsusi vurğulandı ki, qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.
Dövlətimizin başçısının bu fikirlərinin davamı olaraq Belarus Prezidenti vurğuladı ki, münasibətlər çox səmimi, yaxındır. Biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Kaş ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi: «Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir.» Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif etdi: « Biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.»
Belarus Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında bütün sahələrdə mövcud vəziyyət, eyni zamanda, gələcək inkişafın təmin edilməsi üçün görüləcək işlər, atılacaq addımlar müzakirə olundu. Ümumilikdə ayrı-ayrı sahədəri əhatə edən 8 sənəd imzalandı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, «Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı», “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalandı.
Səfərin ümumi mahiyyətini, münasibətlərin gələcək inkişafını özündə ehtiva edən Prezidentlərin mətbuata birgə bəyanatları zamanı cənab İlham Əliyev vurğuladı ki, bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Prezident əmin olduğunu bildirdi ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025