Mobil versiya
NATO Ukrayna Silahlı Qüvvələri üçün çətin vəziyyəti tanıyıb
Tarix: 16-05-2024 | Saat: 22:06
Bölmə:Özəl | çapa göndər

NATO Ukrayna Silahlı Qüvvələri üçün çətin vəziyyəti tanıyıb

NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib ki, cəbhədəki vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün ağırdır. O əlavə edib ki, buna səbəb ABŞ və Aİ-nin lazımi sayda silahı vaxtında çatdırmamasıdır, RİA Novosti yazır.
Admiral izah edib ki, cümə axşamı, mayın 16-da alyansın hərbi komitəsinin iclası keçirilib. Tədbirdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Anatoli Bargileviç iştirak edib.

“[Ukraynalı hərbi komandir] bizə çox çətin olaraq qalan vəziyyətlə bağlı məlumat verdi, dəstəyin gecikməsi döyüş meydanında ciddi nəticələrə səbəb oldu”, - Bauer vurğulayıb.
Onun sözlərinə görə, “indi dəstək yoldadır”, o, yaxın vaxtlarda Ukraynaya çatmalıdır.Bundan əvvəl Pentaqonun baş müfəttişi Robert Ştorç Ukraynada korrupsiyanın səviyyəsinin çox yüksək olduğunu bildirmişdi. O əlavə edib ki, bu, xüsusilə müdafiə sektorunda nəzərə çarpır

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə