Mobil versiya
Cənubi Koreya lideri Zelenskiyə Ukraynaya yardım göstərməyə hazır olduğunu bildirib
Tarix: 14-05-2024 | Saat: 17:21
Bölmə:Özəl | çapa göndər

Cənubi Koreya lideri Zelenskiyə Ukraynaya yardım göstərməyə hazır olduğunu bildirib

Koreya Respublikasının Prezidenti Yun Seok-yeol Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Kiyevə yardım göstərməyə və əməkdaşlığa hazır olduğunu bildirib. Bu barədə Cənubi Koreya liderinin administrasiyası məlumat yayıb.Zəng Kiyevin təşəbbüsü ilə baş tutub.

"Koreya Respublikası hökuməti Ukraynada sülhün bərqərar edilməsi və Ukraynanın müharibədən sonrakı bərpası üçün beynəlxalq səylərdə fəal iştirak edir" dedi Yun Seok-yeol.

“Biz Ukrayna xalqının ehtiyac duyduğu dəstəyi və əməkdaşlığı davam etdirəcəyik”, - deyə Cənubi Koreya prezidenti əlavə edib.Zelenski Yun Seok Yeol-u İsveçrədə Ukrayna üzrə beynəlxalq konfransda iştirak etməyə dəvət edib. Tərəflər əlaqə saxlamağa razılaşıblar. 2023-cü ilin iyulunda Yun Seok Yeol Kiyevdə Zelenski ilə görüşüb.

Koreya Respublikası Ukraynaya humanitar və maliyyə yardımı göstərib və silah və sursat deyil, mina detektorları kimi öldürücü olmayan hərbi təyinatlı əşyalar tədarük edib.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə