Şuşada genişmiqyaslı quruculuq işləri gedir
Tarix: 14-05-2024 | Saat: 13:06
Bölmə:Özəl | çapa göndər
Ermənilər Şuşadan Azərbaycan izlərini silmək üçün Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeylərini dağıdaraq, xarabalığa çevirmişdi. Hazırda böyük tikinti meydanını xatırladan əziz Şuşada tarixi abidələrin bərpası üzərində iş gedir. Şuşanın Gəncə qapıları, Bülbülün ev muzeyi, şəhər meydanında yerləşən Karvansara və bir sıra tarixi abidələr öz əvvəlki üslublarında bərpa edilib. Lakin bu son deyil. Şuşadakı ən son ev, ən son küçə abad edilib, şəhərin memarlıq ansamblına qoşulmayınca, işlər son sürətlə davam edəcək. Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir.
Şuşanın mədəni mərkəz elan edilməsi, onun tarixi görkəminin olduğu kimi qurulub, bərpa edilməsi bu zəfər şəhərini bütün dünyada yenə də sülh, mədəniyyət, gözəllik və qürur simvolu kimi tanıdacaq. Qürur qalamız, azad Şuşamız yenidən dağların zirvəsində dünyaya qapılarını açacaq, adı Azərbaycan adıyla qoşa çəkiləcək. Şuşamız həm özü sürətlə dirçələcək, həm də Azərbaycanın mədəni, iqtisadi həyatının inkişafında mühüm rol oynayacaq.
Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə Prezident cənab İlham Əliyev tərəfindən Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir.
Arzu Bağırova
YAP Qusar rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025