Mobil versiya
İki bayramın bir sevinci
Tarix: 14-05-2024 | Saat: 10:59
Bölmə:Siyasət / Özəl | çapa göndər

İki bayramın bir sevinci

Böyük Qələbə münasibətilə xalqı təbrik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində demişdir:- “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Bəli, biz Şuşaya qayıtdıq və bu ecazkar şəhərimizi yenidən bərpa edərək abad şəhərə çevirdik.
Mayın 10-da Ulu öndərimiz Heydər Əliyevin doğum günün qeyd etdiyimiz bir gündə Şuşaya qayıdan şuşalılar bu özəl günü xüsusi qeyd etdilər. Ölkəmizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva onlar üçün tikilmiş yeni mənzillərə baxış keçirərək sakinləri təbrik edir, onların sevincinə şərik olurdular. Yeni evlərinin açarlarını ölkə başçısından alan şuşalıların unutmayacağı bir gün idi o gün.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma şəhərlərinə qayıdan şuşalılarla görüşdə geniş nitq söyləyərək onları təbrik etdi, yeni evlərində əmin-amanlıq şəraitində yaşamalarını arzuladı. Bu gözəl günü şuşalılarla birlikdə gözlədiyini deyən dövlət başçımız dedi: “Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq.”
Qarabağı erməni torpağı elan edərək işğal altında saxlayan ermənilərin əslində faşist niyyətlərini puça çıxaran sərkərdə bu illər ərzində ermənilərin əməlləri, viran qoyduqları kəndlər və şəhərlər göstərir ki, onlar bu torpağın sahibləri deyillər və heç ola da bilmədilər.:” Bugünkü bu bayram günü - mənim üçün və hamımız üçün ikiqat bayram günü bir daha onu göstərir ki, biz sülhsevər, biz qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub, onu erməniləşdirməyə çalışıblar. Bu gün Aşağı Gövhər Ağa məscidinin təmiri ilə tanış olarkən orada içəridəki sütunların birində xaç gördüm. Yaxşı, məsciddə xaç ola bilər? Buna göz yumanlar, bu gün bizi hansısa cinayətlərdə, yaxud da ki, əməllərdə ittiham edənlər bunu görmürlərmi? Görmürlərmi ki, Ağdam məscidini tövləyə çevirmişdilər. Şuşanın 17 məscidindən 16-sını dağıdıb, birini isə başqa xalqa mənsub olan məscid kimi təqdim etməyə çalışırdılar. “
Amma torpaqlarımız işğaldan azad olunan kimi dərhal quruculuq, bərpa işlərinə başlayan xalqımız zaman-zaman yaşanan acılı günləri unudaraq öz ata-baba torpaqlarına yeni həyat bəxş etməyə başlamışdır. İndi Şərqi Zəngəzurun və Qarabağın hər tərəfində tikinti işləri gedir, evlər, məktəblər tikilir, bu torpaqlar a həyat qayıdır: “erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. “
Azərbaycan xalqı hər bir çətinliyin öhdəsindən gəlməyi bacarır. Müharibədə olduğu kimi quruculuq işlərində də xalqla dövlətin birliyi bütün çətinliklərdən şərəflə çıxmaq imkanı verib. Məhz bu birliyin nəticəsi olaraq yurd-yuvalarına qayıdan insanların sevinci aşıb-daşır. Bu sevinci onlara yaşadan ölkə başçısının dediyi kimi “ Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024