Mobil versiya
Polşa korrupsiya iddialarına görə Ukrayna ilə danışıqları ləğv edib
Tarix: 13-05-2024 | Saat: 12:40
Bölmə:Özəl | çapa göndər

Polşa korrupsiya iddialarına görə Ukrayna ilə danışıqları ləğv edib


Polşa Ukrayna ilə kənd təsərrüfatı məsələləri üzrə mayın 14-nə planlaşdırılan danışıqları bəzi ukraynalı müzakirəçilərin korrupsiya ittihamı ilə ləğv edib. Bu barədə “Dziennik Gazeta Prawna” qəzetinə müsahibəsində Polşanın kənd təsərrüfatı nazirinin müavini Mişal Kolodziejçak bildirib.“Danışıqlar kəsildi, çünki onların bəzi nümayəndələri korrupsiyada ittiham olundular. "Biz danışıqların növbəti raundunu mayın 14-nə planlaşdırmışdıq, lakin o, ləğv edildi" deyən Kolodziejczak, "Əlbəttə, korrupsiya ittihamı irəli sürülən şəxslərlə danışıqlar aparmayacağıq", - nazir müavini əlavə edib.
Kolodziejçak korrupsiyada ittiham olunan Ukrayna nümayəndələrinin adlarını açıqlamayıb.

Onun fikrincə, Polşa Kənd Təsərrüfatı Nazirliyi fermerlərin bütün problemlərini həll edə bilməyib və bu, onların kütləvi etirazlarına səbəb olub."Biz hər şeyi həll etmədik, çünki vəziyyət asan deyil" dedi.
Fevralın 9-da Polşada fermerlərin kütləvi etirazları başlayıb. Kənd təsərrüfatı istehsalçıları Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, həmçinin 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan Avropa İttifaqının Yaşıl Sövdələşmə strategiyası ilə razılaşmadıqlarını bildirirlər.Mayın 7-də Katovitsedə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Polşanın baş naziri Donald Tuskun iştirakı ilə keçirilən XVI Avropa İqtisadi Forumu zamanı fermerlərin kütləvi etiraz aksiyası keçirilib. Tədbirin keçirildiyi binanın xaricində fermerlər peyinlə doldurulmuş təkər arabalarını və Polşa kənd təsərrüfatı istehsalçılarının hazırkı vəziyyətini simvolizə edən qara tabut nümayiş etdirdilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə