Mobil versiya
Gürcüstan parlamenti komitəsi “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib
Tarix: 13-05-2024 | Saat: 09:46
Bölmə:Özəl | çapa göndər

Gürcüstan parlamenti komitəsi “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib

Gürcüstan parlamentinin Hüquq Komitəsi xarici agentlər haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Bu barədə RİA Novosti deputat Yekaterina Xerxeulidzeyə istinadən məlumat yayıb.
Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasını təmsil edən deputatın sözlərinə görə, komitə 09:00-da (Moskva vaxtı ilə 08:00) iclas keçirib və iki dəqiqə ərzində sənədi təsdiqləyib. Eyni zamanda, Xerxeulidzenin sözlərinə görə, müxalifətçilərin görüşə qatılmasına icazə verilməyib.

Mayın 13-də Adamiya adlı Moldova vətəndaşı xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada saxlanılıb. Onun etirazların təşkilatçılarından biri olduğu ehtimal edilir.

Mayın 11-də Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı ən böyük mitinq keçirilib. Bir neçə min insanın iştirak etdiyi nümayiş Avropa Gününə təsadüf edib. Etirazçılar şiddətli yağış nəticəsində dağılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə