Mobil versiya
Uğur strategiyası
Tarix: 10-05-2024 | Saat: 14:00
Bölmə:Siyasət / Özəl | çapa göndər

Uğur strategiyası

Müstəqil Azərbaycan və Bolqarıstan arasındakı münasiblətlər isə 1991-ci ildən bəri inkişaf edir. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstan Azərbaycanın 28-ci siyasi tərəfdaşıdır.
Azərbaycan Respublikasını Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş kimi tanıyır. Məhz buna görədir ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrini prioritet məsələ kimi davamlı hesab edir. Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu da Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına töhfə verir. Bolqarıstan tərəfi, həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Son illərdə Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq daha da genişlənir və inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində əməkdaşlıq artmaqdadır. Həmçinin mədəni əlaqələr də vacib yer tutur. Müxtəlif sahələrdə əməkdaşlığı artırmaq məqsədilə mütəmadi şəkildə səfərlər təşkil olunur, görüşlər, forumlar, tədbirlər keçirilir.
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mətbuata bəyanatlarıı da bu əlaəqlərin daha da inkişaf etdiyini və hər iki tərəfin strateji əməkdaşlıq istəyindən xəbər verir.

Ölkəmizin başçısı cənab İlham Əliyev öz bəyanatında qeyd edib ki, 2015-ci ildən strateji tərəfdaş olan Bolqarıstan və Azərbaycanın əlaqələri sürətlə və uğurla inkişaf etmişdir. Aparılan fəal siyasi dialoq bütün istiqamətlər üzrə əlaqələrin genişlənməsinə, dərinləşməsinə və yeni nəticələr əldə edilməsinə imkan vermişdir.
Son vaxtlar Bolqarıstan Respublikası ilə ölkəmiz arasında ticarət dövriyyəsi bir neçə dəfə artdığını bildirən cənab İlham Əliyev bunun əsas səbəbinin enerji sektorundakı əməkdaşlıq olduğunu qeyd etmişdir:.” Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.”

Cənab İlham Əliyev qeyd etmişdir ki, “Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq.”
Bu münasibətlərin davamı, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin qurulması, hər iki ölkə üçün də böyük əhəmiyyət daşıyır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024