Müstəqil və Suveren AZƏRBAYCAN, idealım Ulu Öndər Heydər Əliyevin şah əsəridir!
Tarix: 10-05-2024 | Saat: 10:10
Bölmə:Siyasət / Özəl | çapa göndər
Gəncliyim bu fenomen və dahi insanın, Xilaskarımız Heydər Əliyevin ikinci dəfə müstəqil və müasir Azərbaycanı yenidən qurması dövrünə təsadüf etdiyi üçün özümü xöşbəxt sayıram.Bir çoxları kiçik yaşlarından özünə ideal seçir,onun kimi olmağa və ona oxşamağa çalışır.Bu hiss demək olar ki, əksər uşaqlarda olur.Mən bu yerdə mübaliğəsiz qeyd etmək istəyirəm ki,dahi şəxsiyyət Heydər Əliyev Tanrının Azərbaycana xalqın işıqlı sabahı, firavan gələcəyi naminə qismət etdiyi bir sönməz ümid idi.Belə bir söz var,
insanda ən son ölən elə ümiddir. Məhz 1993–cü ildə Heydər Əliyev Azərbaycanda ölmüş ümidi yenidən diriltmək, ona can vermək üçün xalqın çağırışına cavab verdi. O vaxtkı səriştəsiz, yarıtmaz hakimiyyətin çoxsaylı xahişlərini nəzərə alaraq Azərbaycanı uçurumdan qurtarmaq üçün Bakıya gəldi və siyasi fəaliyyətə başladı. Qısa müddət ərzində siyasi arenada öz ağır və samballı çəkisi ilə Azərbaycanın xeyrinə dönüş yaradan Heydər Əliyev həm daxili və həmdə xarici siyasətdə nəzarəti tam olaraq ələ aldı.Xatirimdədir, Ulu Öndər Azərbaycana ikinci qayıdışından sonra siyasi fəaliyyətə (o vaxtkı daxili hərc-mərcliyə, özbaşınalığa son qoymaq üçün) Gəncə şəhərindən və cəbhə bölgəsindən başladı. Dünyanı idarə edən bütün iqtisadi və hərbi baxımdan güc dövlətlərinin maraqlarını Azərbaycana cəlb etdi, elə 1993-cü ildə düşməni atəşkəs müqaviləsini bağlamağa məcbur etdi. Beləliklə, ölkə daxilindəki siyasi qarışıqlıq, xaricdən böyük dövlətlərin
Respublikamıza təziqinin ardı-arası kəsilmədiyi bir vaxtda bu dahi insanın, Ulu Öndərin 1994–cü ildə Bakı şəhərinə dünyanın transmilli korparasiyalarının rəhbərlərini yığaraq “Əsrin müqaviləsi”nin bağlanmasını təmin və təşkil etdi.Bununla da Azərbaycanda sabitliyin, iqtisadi inkişafln və əhalinin sosial rifahının yaxşılaşdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyuldu.Özündən əvvəl vətənini və qədirbilən xalqını düşünən, dünya liderlərinə, rəhbərlərinə nümunə olan bir dahi şəxsiyyəti, vətəninin, xalqının xilaskarı, ulu öndər Heydər Əliyevi mən özümə necə ideal seçməyə bilərdim.Hələ gənc yaşlarımnan dahi insanın çıxışlarını dinləyərək, ölkəmiz üçün etdiklərin daim diqqətlə izləyirdim. Şübhəsiz idealımın ilk olaraq evdə valideyinlərim, özümdən yaşca üstün olan ətrafım (dost və ali məktəb müəllimlərim) və demək olar ki, hamı tərəfindən hörmətlə qarşılandığı, sevildiyi diqqətimi cəlb edirdi. Yaşımın üzərinə yaş gəldikcə bu dahi insana
olan hörmətim və sevgim onu mənim idealım etdi.Artıq bu gün çox insan kimi, mən də müasir Azərbaycanla fəxr edirəm və qürur hissi keçirirəm.Çünki hər birimiz Ulu öndərin qurub, yaratdığı bir sözlə banisi olduğu ölkənin vətəndaşlarıyıq. Ulu öndər Heydər Əliyev ölkədə bütün sahələrin dinamik inkişafının və əhalinin sosial-rifah halının yüksələn xətlə inkişafı üçün uğurlu siyasətin əsasını min-bir çətinliklə,yuxusuz gecələrinin əziyyəti bahasına, xalq-iqtidar birliyinin birgə fəaliyyəti ilə qoymuşdur. Əminliklə bildirmək istəyirəm ki,hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı, Ümummilli Lideri olan Heydər Əliyev irsinə,hər dövr üçün aktual olan dinclik və stabilliyə, sosial-rifaha və dinamik iqtisadi inkişafa hesablanmış siyasətinə daim sədaqətliyik, bundan sonra da belə olacağıq.Bu dahi insanın, xalqımızın xilaskarının,
qəhramanının, Heydər Əliyevin bütün ideyaları və arzuları xalqımızın qəlbində daim yaşayacaqdır və xalqımız tərəfindən fəxrlə yaşadılacaqdır! Bunu artıq xalqının Ulu öndər Heydər Əliyevə və Heydər Əliyevin isə mənsub olduğu Azərbaycan xalqına, vətəninə sonsuz və təmənnasız sevgisi sübut etmişdir.
Hazırda qətiyyətli Ali Baş Komandan,Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasət ölkədə yalnız xalqa və onun dəstəyinə arxalanmışdır.Xalqımız ölkədə Prezidentinin ən doğru siyasətinin ətrafında sıx birləşmişdir.
Aparılan siyasət bu gün müstəqil və müasir Azərbaycan xalqının sosial-iqtisadi rifahının yüksələn xətlə inkişafını açıq-aşkar göstərir. Mən bu gün ölkəmizdə əsası Ulu Öndər tərəfindən müvəffəqiyyətlə qoyulan və cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan inkişaf strategiyasının, proqramının təkcə bölgədə deyil, bütün dünya arenasında nümunə olduğunu qürur hissi ilə qeyd edirəm.Əminəm ki, 15 iyun 1993 cü il tarixindən bəri Ulu Öndərin qədirbilən xalqımızın təkidli tələbi ilə, ölkəmizə ikinci dəfə qayıdışı daxili çəkişmələrin və müharibənin viran qoyduğu, parçalanmış Azərbaycanı yenidən qurması Allahın iradəsi ilə baş verirdi.Belə şəxsiyyətləri Allah əsrdə bir dəfə yetişdirir,öz zəngin adət-ənənəsi və qaydaları ilə, özünəməxsus tarixi keçmişi olan, yüzilliklərin sınağından çıxmış odlar yurdu Azərbaycan adlı məmləkətə bir ümid, bir pay olaraq verir.Xoş bu xalqın və dövlətin halına ki, dünya şöhrətli dahi şəxsiyyətin siyasətinin davamçısı, başladığı uğurlu layihələrini bitirən və yenisi ilə əvəz edən bir varisi, xalqı ətrafında sıx birləşdirən Lideri var.Nəhayət son 200 illik tariximizdə mümkün olmayanı mümkün edən, 30 il müddətə erməni işğalında olan tarixi torpaqlarımızı, dünyada analoqu olmayan 44 günlük müharibədəki Zəfərlə torpaqlarımızı geri aldıq və Ümummilli Zəfərimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Ordumuzun şücayəti ilə təmin olundu. Qürurla qeyd edirəm, nə qədər ki,
İlham Heydər oğlu Əliyev kimi Azərbaycanın ağıllı, uzaqgörən Prezidenti var, ölkəmiz inkişaf edən, öz sözünü beynəlxalq tribunalarda deyən və daima mövqeyini qoruyan bir ölkə olacaqdır.Beləliklə 1993-2003
–cü illər ərzində Ulu Öndər müasir ,müstəqil Azərbaycanın tarixini yaratdı və Azərbaycanı regional və qlobal dünya siyasətinə təsir edən ölkələr səviyyəsinə yüksəltdi.Azərbaycanda, bəlkə də dünyanın yeganə ölkəsində siyasətə əqidə, məslək kimi yanaşılır.Məhz bunu da Azərbaycana Ulu öndər Heydər Əliyev gətirdi. Halbuku beynəlxalq aləmdə, dünyada siyasətə sadəcə, maraqların ifadəsi kimi yanaşılır.Baxın Ulu Öndər Heydər Əliyevin müasir, demokratik Azərbaycanı qurmaq milli və tarixi missiyası belə başladı.Birmənalı olaraq qeyd etmək lazımdır ki, məhz Ulu öndərin gələcəyə düşünülmüş və hesablanmış bu siyasi addımları sayəsində müasir və güclü iqtisadiyyatı olan dövlət hədəfi onun siyasi varisi, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi ilə bu gün artıq tam reallaşmışdır.
Sonda bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Mən fəxr edirəm ki, müstəqil və müasir Azərbaycan mənim idealımın, Ulu öndər Heydər Əliyevin şah əsəridir”.Həmin əsərin səhifələrini isə hazırda onun layiqli davamçısı, suveren Azərbaycanın qarantı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qızıl həriflərlə yazır.
YAP Saatlı rayonu 15 saylı ƏPT-nın sədri, UNEC-in məzunu
Vüqar MƏMMƏDOV.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024