Mobil versiya
TASS: Dövlət Duması baş naziri mayın 10-da təsdiq edə bilər
Tarix: 03-05-2024 | Saat: 21:31
Bölmə:Özəl | çapa göndər

TASS: Dövlət Duması baş naziri mayın 10-da təsdiq edə bilər

TASS parlament palatasındakı mənbəyə istinadən yazır ki, Dövlət Duması mayın 10-da keçiriləcək plenar iclasında Rusiya prezidenti Vladimir Putindən müvafiq təklif alacağı təqdirdə baş naziri təsdiq edə bilər."Prezidentdən təklif daxil olarsa, baş nazirin təsdiqi proseduru mayın 10-da Dumada keçiriləcək", - agentliyin həmsöhbəti bildirib.
O, mayın 13-də keçiriləcək iclasda Dövlət Dumasının öz səlahiyyətləri çərçivəsində hökumətin yeni tərkibini nəhayət təsdiq edəcəyini istisna etməyib.

Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12-də baş tutacaq. Qanuna görə, prezidentin andiçmə günü hökumət istefa verəcək. Eyni zamanda, nazirlər yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər. Konstitusiyaya görə, prezident hökumətin sədrini, onun müavinlərini və nazirləri Dövlət Duması tərəfindən təsdiq edildikdən sonra təyin edəcək. .“Parlamentskaya qazeta”nın yazdığı kimi, mayın 3-də Dövlət Dumasının Tənzimləmə və Fəaliyyətə Yardım Komissiyası mayın 7-də və 16-da keçiriləcək iclasların ləğv edilməsini, mayın 10-u və 13-də keçirilməsini təklif edib. Bu təklifin səbəbləri açıqlanmayıb.

Daha əvvəl Federasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, prezidentin inauqurasiyasından sonra Hökumətin strukturunda əsaslı dəyişikliklər olmayacaq. O, konkret ad çəkməyib, qeyd edib ki, “sirr saxlamağı bilir”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə