Mobil versiya
Onlar xarici agentlər haqqında qanuna görə Gürcüstanı Aİ üzvlüyünə namizəd statusundan məhrum etmək istəyiblər
Tarix: 01-05-2024 | Saat: 21:24
Bölmə:Özəl | çapa göndər

Onlar xarici agentlər haqqında qanuna görə Gürcüstanı Aİ üzvlüyünə namizəd statusundan məhrum etmək istəyiblər


Avropa Parlamentinin (AP) üzvü Viola fon Kramon xarici agentlər haqqında qanunun nəzərdən keçirilməsi fonunda Gürcüstanı Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusundan məhrum etməyə çağırıb. O, X sosial şəbəkəsindəki səhifəsində müvafiq mesaj dərc edib.Kramon etirazçılara qarşı hərəkətlərinə görə Gürcüstan hakimiyyəti üçün “konkret nəticələr” istəyirdi. Söhbət Aİ-dən maliyyələşmənin dayandırılmasından, qanunun qəbulunun lehinə çıxış edən deputatların Avropaya girişinə qadağa qoyulmasından, hakim “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqindən gedir.Gürcüstanda müxalifətin etiraz aksiyaları keçirilir və onlarla insan saxlanılıb.

Eyni zamanda ölkənin baş naziri İrakli Kobaxidze müxalifətin mitinqlərinə baxmayaraq, hakimiyyətin sənədi qəbul edəcəyini bildirib. Onun fikrincə, bu, Gürcüstanı “qütbləşmədən və radikalizmdən” sığortalamağa imkan verəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə