NATO-nun müdafiə nazirləri mayın 16-da Brüsseldə Ukraynaya dəstək məsələsini müzakirə edəcəklər
Tarix: 29-04-2024 | Saat: 20:52
Bölmə:Özəl | çapa göndər
NATO-nun Hərbi Komitəsi alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə toplaşacaq və görüş zamanı xüsusilə Ukraynaya dəstək məsələsini müzakirə edəcək. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.“İlk görüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında bir araya gələrək Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, ərazidəki vəziyyəti, habelə NATO və müttəfiqlərinin Ukraynaya gələcək dəstəyini müzakirə edəcəklər”, - məlumatda deyilir. .
Mətbuat xidmətinin izah etdiyi kimi, Hərbi Komitənin iclası “müdafiə idarələrinin rəhbərlərinin görüşünə və Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etməyə imkan verəcək”. İştirakçılar NATO-nun Vilnüs sammitində qəbul edilmiş qərarların icrası ilə bağlı fikir mübadiləsi aparacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlaşacaqlar.
İclasa Hərbi Komitənin sədri admiral Robert Bauer rəhbərlik edəcək. Görüşlərdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024