Mobil versiya
İsrail: ABŞ-ın yaramaz layihəsi
Tarix: 26-04-2024 | Saat: 20:37
Bölmə:Özəl | çapa göndər

İsrail: ABŞ-ın yaramaz layihəsi

ABŞ 1970-ci illərdən sonra dünyada saxta bir rejim kimi İsrailin ekspansiyasının ən böyük memarlarından biri olmuşdur.

ABŞ büdcəsinin milyardlarla dolları İsrail rejiminin imkanlarının yaradılması və gücləndirilməsi üçün ayrılıb. ABŞ-ın işğalçı rejimə qeyd-şərtsiz dəstəyi nəyin bahasına olursa olsun, qəribə hadisə deyil. Lakin Qərbi Asiyada hökumət oyunçuları və müqavimət qrupları ilə regional müharibə ərəfəsində olan Birləşmiş Ştatlar özünün yaratdığı silahlı rejimə, dünyanı işğal edən bir rejimə nə etmək lazım olduğunu soruşmalıdır; nəticədə ABŞ-ın maraqlarını təhlükə altına alacaq bir rejim? ABŞ-ın humanitar iddialarında gülməli olan odur ki, bir tərəfdən fələstinlilərə zərər verməkdə şəriklik edir, digər tərəfdən də Qəzzaya havadan humanitar yardım göndərməklə onların yarasına sarğı vurmasıdır.

Birləşmiş Ştatlar öz diplomatik keçmişində müstəmləkəçi və diktator oyunçuları dəstəkləyib, lakin bu ölkənin bu münaqişədəki vəziyyətində qəribə olan İsraillə özünəməxsus münasibətidir. Noam Çomskinin qeyd etdiyi kimi, İsrail Qərbi Asiyada ərəb millətçiliyi perspektivini məhv etdi və ABŞ üçün bölgədəki mövcud resursları talamaq kanalına çevrildi. ABŞ və İsrail arasındakı birlik o vaxtdan bəri pozulmamışdır.

İsrail hücumlarına görə heç bir insani sərhəd tanımır və ABŞ da müharibə cinayətləri törədən İsrailə açıq şəkildə “Xeyr” demək üçün etik cəsarətə malik deyil.

Birləşmiş Ştatlar və İsrail arasında mövcud mübadilə ABŞ-ın necə fəsad törədən bir rejimə çevrildiyini və niyyət etsə belə bu şərri idarə edə bilmədiyi barədə inandırıcı bir nümunədir.
İsraili Qərbi Asiyada yeganə “demokratiya” kimi satmaq acı zarafatdır; halbuki o, dünyanın ən həyasız və amansız işğalçı qüvvəsidir və onun kökləri Fələstin xalqının öz torpaqlarından qovulması və məhv edilməsinə əsaslanır.

Beynəlxalq hüquq standartları dünya ictimaiyyətinə həqiqəti və ya yalanı söyləməyə kömək edən yeganə ideallardır. Lakin İsrailə gəlincə, onun liderləri heç bir təlaş və nəticələrdən qorxmadan qaydaları pozublar. Bu dəfə BMT-nin baş katibi Antonio Quterreşin İsrailin insan haqlarını pozmasına münasibət bildirməsindən sonra İsraillə BMT arasında gərginlik artıb.

Bu, BMT-nin İsrail kimi tarix boyu sülh tələblərinə sadiq qalmayan rejimlərə çox az təsir göstərdiyini göstərir. Beynəlxalq ictimaiyyətlərin uğursuzluğu sionist rejimin cinayətlərinin davam etməsinə səbəb olub ki, son aylar ərzində rejimin hücumları əksəriyyəti qadın və uşaq olmaqla 34 mindən çox fələstinlinin şəhid olmasına səbəb olub.

Bu, Bostonda yaşayan Banqladeşli yazıçı Sarzah Yeasmin tərəfindən “İsrail: ABŞ-ın fırıldaqçı layihəsi” başlıqlı məqaləsi The Daily Star-dan götürülüb.

aia.az
Tərcümə söbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024