Mobil versiya
Ronaldinyo İçərişəhərdə - Futbolçunun Bakı səfərinin əsl səbəbi bilindi (RƏSMİ)
Tarix: 20-10-2016 | Saat: 17:16
Bölmə:İdman | çapa göndər



Məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.

"Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaqdır.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz klubumuzun dəstəyilə Bakıda açılacaq.

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, "Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına inanırıq.

Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024