Moldovada poçtla səsvermə tətbiq edilib
Tarix: 26-04-2024 | Saat: 19:01
Bölmə:Özəl | çapa göndər
Moldova parlamenti seçkilərdə poçtla səsvermə haqqında qanun qəbul edib. Müvafiq mesaj ölkənin qanunverici orqanının saytında dərc olunub.Qanun xaricdə yaşayan Moldova vətəndaşları üçün poçt vasitəsilə səsvermənin tətbiqini nəzərdə tutur. İlkin olaraq ikinci oxunuşda yalnız ABŞ və Kanadada yaşayan vətəndaşlar poçtla səsvermə hüququ əldə etməli idilər, İslandiya, Norveç, Finlandiya və İsveç də siyahıya daxil edilmişdir.
Hesabatda deyilir: “Azad və ədalətli seçkilər üçün beynəlxalq standartlara əməl olunmayan ölkələrdə poçt vasitəsilə səsvermə mümkün olmayacaq”.
Müxalifət isə öz növbəsində hakim Fəaliyyət və Həmrəylik Partiyasını bu yolla qarşıdan gələn prezident seçkilərinin nəticələrini saxtalaşdırmaq niyyətində ittiham edib.Aprelin 19-da Moldova parlamentinin sədri İqor Qrosu oktyabrın 20-də Aİ-yə üzvlüklə bağlı referendumla yanaşı, prezident seçkilərinin də keçiriləcəyini açıqlayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-01-2025
19-01-2025
18-01-2025