Mobil versiya
Siyasi iradə və əməkdaşlıq
Tarix: 25-04-2024 | Saat: 16:15
Bölmə:Siyasət / Özəl | çapa göndər

Siyasi iradə və əməkdaşlıq

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb.
2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.
Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Ona görə də cənab Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü zamanı çıxışı diqqət mərkəzindədir. İndiki geosiyasi şəraitdə belə bir görüşün keçirilməsi Azərbaycanın bir sıra dairələrə ciddi mesajı və müstəqil siyasət yürütməkdə qərarlılığın nümunəsi kimi qiymətləndirilməlidir.
Cənab Prezident İlham Əliyev Rusiyada Ümummilli lider Heydər Əliyevin xatirəsinə olan etimada görə təşəkkürünü çatdıraraq qeyd etmişdir ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə BAM-ın tikintisinə birbaşa rəhbərlik və nəzarət etmişdir. Bu nəhəng tikintidaə çalışanların rəşadətindən təsirlənən bu böyük şəxsiyyət daim tikinti işçilərinin yanında olmuş, onların fədakarlığını yüksək qiymətləndirmişdir.
Daha sonra gündəlikdə nəqliyyat komponentinin olduğunu bildirən ölkəmizin başçısı ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malik olduğunu qeyd edərək bu sahədə də uğurlu fəaliyyət olduğunu qeyd etmişdir.
“Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır”- deyə qeyd edən cənab İlham Əliyev bildirib ki, Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir.
Bu layihənin həyata keçirilməsinin çox böyük coğrafiyada logitika imkanlarını genişləndirəcəyini nəzərə alsaq gələcəyə hesablanmış ən böyük addım kimi dəyərləndirmək olar.
Bir sıra qlobal güclərin qısqanclıqla yanaşdığı müstəqil siyasətimiz uğurla inkişaf edir. Cənab Prezident İlham Əliyev bunu elə bir səviyyədə və ardıcıl həyata keçirir ki, həmin güclər bu prosesi qəbul etməyə məcbur olur. Bu da ilk növbədə düşünülmüş və ardıcıl siyasətin tərkib hissəsidir. Cənab Prezidentin Rusiyaya bu səfəri də iki ölkə arasında münasibətlərin gələcək inkişafında maraqlı olduğunu göstərir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024