Mobil versiya
Mahir Səfərov: “Azərbaycan öz xilaskar oğlunun anadan olmasının 101-ci ildönümünü tam suveren ərazisində qeyd edir”
Tarix: 22-04-2024 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər

Mahir Səfərov: “Azərbaycan öz xilaskar oğlunun anadan olmasının 101-ci ildönümünü tam suveren ərazisində qeyd edir”

“Bu il bütün dünya azərbaycanlıları böyük təntənə və ruh yüksəkliyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edirlər. Ümummilli Liderimizin 101 iiliyinin ən böyük özəlliyi ondan ibarətdir ki, məhz bu möhtəşəm tarix ilk dəfə olaraq ölkənin istisnasız bütün ərazisində qeyd olunur. Artıq sadəcə ölkəmizdə deyil, eləcə də bütün dünyada əbul edilmiş bi həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin müstəqilliyini yeni bərpa etmiş xalqımızın bu müstəqilliyi qoruyub saxlaya bilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmişdir. Xalqın və dövlətçiliyimizin mənafeyini qarşıya qoyduğu ali məqsədlərdə təcəssüm etdirən Ulu Öndər dövlət hakimiyyətini ölkənin yalnız bu günü üçün deyil, həm də gələcək inkişafı baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq yeni dünya nizamı ilə uzlaşan optimal dövlət modeli yaratmağa müvəffəq olmuşdur.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində ATU-nun Tədris Stomatoloji Klinikasının direktor, Tibb üzrə Fəlsəfə doktoru Mahir Səfərov deyib.

Müsahibimiz qeyd edib ki, hələ 1990-1992-ci illərdə Ulu Öndər Heydər Əliyev öz siyasi iradəsini ortaya qoyaraq müstəqil Azərbaycan dövlətinin yaradılması yolunda ən zəruri və mühüm addımları atmışdır: “İlk növbədə Ulu Öndər 1990-cı ildə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunması haqqında qərar verilməsinə nail olmaqla dövlət suverenliyimizin ən mühüm atributunu dünyaya nümayiş etdirdi. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci ildə keçirilmiş sessiyasında SSRİ-nin qorunub saxlanılması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsi zamanı çıxış edən Ulu Öndər Heydər Əliyev bu cür aksiyanın xalqımızın dövlət müstəqilliyinə qarşı yönəldiyini bildirməklə onun əleyhinə səs vermişdi. Nəticə olaraq həmin ümumittifaq referendumunda Naxçıvan MR-nın iştirak etməməsi barədə qərar qəbul edildi ki, bu da Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və azərbaycançılıq ideyasına bağlılığı ilə şərtləndirilən bir addım idi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xilaskar missiyası daşımş və xalqı öz milli müstəqilliyini itirmək, dövlətimizi isə faktiki olaraq yox olmaq təhlükəsindən xilas etmişdir. Məhz həmin tarixdən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.”

Sonda müsahibimiz Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planların bu gün artıq Azərbaycanın gerçəkliyinə çevrildiyini vurğulayaraq bunları deyib: “Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Bu gün bütün dünya azərbaycanlıları üçün birləşdirici amil olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm tərkib hissəsi hesab edirdi. Hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəldiyi dönəmdə isə, ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə daha böyük ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu. Ulu Öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs uğurla davam və inkişaf etdirilir. Dörd il bundan öncə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbə də məhz bu siyasi kursun növbəti möhtəşəm təntənəsi kimi xalqımızın şanlı tarixinə yazılmış ən şərəfli səhifələrdən biri oldu. Özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün artıq Avrasiya məkanında gedən siyasi proseslərin nüfuzlu və aparıcı iştirakçılarından birinə çevrilmişdir. Bu gün hər bir azərbaycanlı Ümummilli Lider Heydər Əliyevin Vətən və Millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha böyük ehtiram hissi ilə xatırlayır, bugünkü firavan həyata, ictimai-siyasi sabitliyin davamlı olmasına və ən əsası, dövlətimizin müstəqilliyinə görə Ulu Öndərə sonsuz minnətdarlığını bildirir”, - deyə Mahir Səfərov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024