Mobil versiya
İranın İsfahan əyalətindəki nüvə obyektləri təhlükəsizdir — Tasnim agentliyi
Tarix: 19-04-2024 | Saat: 08:48
Bölmə:Özəl | çapa göndər

İranın İsfahan əyalətindəki nüvə obyektləri təhlükəsizdir — Tasnim agentliyi

Tasnim xarici medianın İsfahandakı nüvə obyektində insidentlə bağlı yayılan xəbərləri təkzib edib
Tasnim xəbər agentliyi İranın İsfahan əyalətindəki nüvə obyektlərinin tamamilə təhlükəsiz olduğunu bildirib.

Agentlik mənbələrə istinadən bildirib ki, ölkənin nüvə obyektlərində heç bir insident qeydə alınmayıb.

Buna görə də “Tasnim” xarici medianın İsfahandakı nüvə obyektində insidentlə bağlı yayılan xəbərləri təkzib edib.

Bundan əvvəl ABC telekanalı ABŞ rəsmisinə istinadən İsrailin İrandakı obyektə raket zərbəsi endirdiyini bildirmişdi. Daha sonra İran mediası bu xəbərləri təkzib edib. İranın hava hücumundan müdafiə qüvvələri İranın mərkəzi İsfahan əyalətində üç pilotsuz təyyarəni vurub, ölkənin dövlət televiziyası bildirib.

Bundan əvvəl Fars xəbər agentliyi ölkənin şimalındakı İsfahan əyalətində partlayışın baş verdiyini bildirmişdi. Partlayışın əyalətin şimal-şərq hissəsində, İsfahan Beynəlxalq Hava Limanından və ölkə ordusunun aviasiya bazasından uzaqda baş verdiyi ehtimal edilir.

Aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru pilotsuz təyyarələr və raketlər ataraq bunu "çoxsaylı cinayətlərə", o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücuma cavab adlandırıb. İran dövlət mediası zərbələrin İsraildəki hərbi obyektlərə vurulduğunu bildirib. İsrail Müdafiə Qüvvələri yəhudi dövlətinə doğru uçan təxminən 350 İran mərmisinin 99%-ni tutduqlarını və Nevatim hava bazasına cüzi ziyan dəydiyini bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024