G7 ölkələri İranın silah istehsalını və satın almasının qarşısını alacaq
Tarix: 18-04-2024 | Saat: 09:33
Bölmə:Özəl | çapa göndər
G7-nin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri də “İranın İsrailə qarşı görünməmiş hücumunu” pisləyiblər.
G7-nin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri Vaşinqtonda keçirilən görüşdən sonra birgə bəyanatda bildiriblər ki, Yeddilik Qrupu (G7) ölkələri yaxından əməkdaşlıq edəcək və İranın üçüncü ölkələrə silah istehsalı, almaq və ötürmə qabiliyyətini azaltmaq üçün tədbirlər görəcək.
Sənəddə deyilir: “Biz İranın sabitliyi pozan regional fəaliyyətlərini dəstəkləmək üçün silah əldə etmək, istehsal etmək və ya ötürmək qabiliyyətini azaltmaq üçün gələcək istənilən tədbirin yaxından əlaqələndirilməsini təmin edəcəyik”.
Rəsmilər həmçinin "İranın İsrailə qarşı misli görünməmiş hücumunu" pisləyib.
Aprelin 13-ü axşam saatlarında İran "təkrarlanan cinayətlər" adlandırdığı, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluğuna hücuma cavab olaraq İsrailə pilotsuz təyyarələr və raketlər atıb. Tehran hücumun İsrailin hərbi obyektlərini hədəf aldığını bildirib. İsrail Müdafiə Qüvvələri (IDF) İsrailə atılan 350-yə yaxın İran mərmisinin 99%-ni tutduğunu iddia edərək Nevatim Hərbi Hava Bazasına cüzi ziyan dəydiyini bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər