Mobil versiya
"Ola bilər ki, meydança keçəlləşib"
Tarix: 15-10-2016 | Saat: 19:27
Bölmə:İdman | çapa göndər

"Ola bilər ki, meydança keçəlləşib"







Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçı 1:1 hesabı ilə başa çatıb.

Aia.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.



R.Qriqorçuk komandanın oyunundan narazı qalmadığın bildirib: "Çünki məğlub olmamışıq. Süni meydançada oynayırdıq. Bu da böyük problemdi. Düzdü, hər iki komanda üçün şərt eyni idi. Bu meydançada heç süni ot da yox idi. Buna görə də iki futbolçum zədələndi. Belə meydança idmanın başqa növsünə aiddi. "Sent Etyen"lə oyundan öncə iki futbolçumuzu itirdik".

Baş məşqçi Rəşadla Dabonun vəziyyətindən də danışıb: "Həkimdən soruşmamış sizə deyə bilərəm. Ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Arxa ayaq əzələlərini dartıblar. 2 həftəyə yaşıl meydanlara qayıtsalar, bizim üçün böyük xoşbəxtlik olar".

Qarşılaşmadan sonra bakılıların baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bildirib: "Normal oynadıq. Yaxşı mübarizə apardılar. Qarşıya qoyulmuş tapşırığı yerinə yetirdilər. Oyunun sonlarına yaxın diqqətsizlik etdilər, bunun nəticəsində də qapımızda qol gördük. Bu problemləri qarşıdakı oyunlardan öncə həll etməliyik".



Zaur Svanadze həmkarı Roman Qriqorçukun meydançanın durumundan narazı qalması ilə bağlı məsələyə də toxunub: "Meydançada qar var idi? Ola bilər ki, meydança keçəlləşib. Bu barədə rəhbərlik də, yəqin ki, nəsə tədbir görəcək. Fikrimcə, hər iki komanda üçün şərait eyni idi".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə