Mobil versiya
Azərbaycan xalqı həmişə olduğu kimi, 11 aprel 2018-ci il Prezident seçkilərində də müdrik seçim etmişdir.
Tarix: 11-04-2024 | Saat: 09:51
Bölmə:Özəl | çapa göndər

Azərbaycan xalqı həmişə olduğu kimi, 11 aprel 2018-ci il Prezident seçkilərində də müdrik seçim etmişdir.

11 aprel 2018-ci il prezident seçkilərindən ötən 6 ildə qazanılan uğurların zirvəsində dayanan tarixi Zəfərimizə söykənərək xöşbəxt gələcəyə doğru daha böyük inamla addımlayırıq
«Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim.» Dövlət başçısı İlham Əliyev 11 aprel 2018-ci il prezident seçkilərində xalqın 86,02 faizinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu hədəfi də açıqlamışdır ki, biz gələcəyə baxmalıyıq və baxırıq: «Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.»

Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri sayca 8-ci seçkidir. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanmışdır.
Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də müdrik seçim etmişdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun iqtisadi qüdrəti daha da artıb, beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.
Tariximizə yazılan Zəfər Günü dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə atdığı qətiyyətli addımların, ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamının və məhəbbətinin, onun ətrafında yumruq kimi birləşməsinin dünyaya təqdimatı oldu. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəsini güclü, qüdrətli, xalqının yenilməz, məğrur görmək istəyən Lider daim gələcəyə hesablanmış strategiya üzərində çalışacaq, bu strategini təqdim edəcək və onun uğurlu icrasına səy göstərəcək.

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasına yol açan ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi və siyasi müstəqilliyini təmin etdi, etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.» Dövlət başçısı İlham Əliyevin bugünümüzdən dünənimizə baxış fonunda səsləndirdiyi bu fikirlər 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm» vədinin təsdiqi, sabahımıza olan inam, ən əsası ümummilli Liderin böyük əminliklə ifadə etdiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisinin real həyatda göstəricisidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, ərazi bütövlüyümüzün təmin olunması da cənab İlham Əliyevin Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bu məqamı xüsusi vurğulamışdır: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. «Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. 2020-ci ilin Zəfəri xoşbəxtliyimizin ən böyük göstəricisidir. Ölkəmizin sözünün imzası qədər dəyərinin artması, beynəlxalq hüquqa əsaslanan siyasəti artıq tarixin arxivinə verilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini reallığa çevirdi. Cənab İlham Əliyevin qətiyyəti, dəyişməz mövqeyi sayəsində Azərbaycan Ordusu tarix yazdı. Bu Zəfər çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda əbədi yaşayacaq.

Bu uğurlarımızı şərtləndirən amillərdən biri də beynəlxalq qurumların keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qərar və qətnamələrində, həmçinin imzalanan sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımız fonunda ordumuzun artan gücü və qüdrətidir.
Azərbaycan artıq üçtərəfli, eyni zamanda, dördtərəfli formatda əməkdaşlıq əlaqələrinin qurulmasının təşəbbüsçüsü kimi çıxış edir və bu səylər öz müsbət nəticəsini verir. İkitərəfli əlaqələrin yol açdığı Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı da məhz ölkəmizdir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir.
Siyasətində müstəqil olan Azərbaycan bu mövqeyi ilə dünya birliyində əsl söz sahibinə çevrilir, dünyada cərəyan edən proseslərə ölkəmizin təsir imkanları artır. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından sonra keçirilən Moskva və Soçi görüşləri, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin yaradılması da ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti diplomatik uğurlarımızın miqyasının genişlənməsində əsas faktordur.
Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, torpaqlarımız işğaldan azad edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parçası deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!” söyləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın milli qürurunu özünə qaytardı. Cənab İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində daim bu fikrirləri ifadə edirdi: “ Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!

Uğurlarımız irəliyə daha böyük inamla addımlamağa əsas verir. Bu gün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir. Tezliklə soydaşlarımızın Böyüş Qayıdışının sevincini yaşayacağıq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025