Mobil versiya
Avstriya etiraf edib ki, bir çox ölkələr Qərbin Ukrayna ilə bağlı mövqeyini bölüşmür
Tarix: 08-04-2024 | Saat: 20:09
Bölmə:Özəl | çapa göndər

Avstriya etiraf edib ki, bir çox ölkələr Qərbin Ukrayna ilə bağlı mövqeyini bölüşmür

Avstriya kansleri Karl Nehammer bildirib ki, bir çox dünya ölkələri Ukrayna münaqişəsində Qərbin mövqeyini bölüşmür. O, bu barədə Grand Continent-ə müsahibəsində danışıb.Onun sözlərinə görə, Qərbin mövqeyini ilk növbədə BRİKS ölkələri bölüşmür. Eyni zamanda Nehammer əlavə edib ki, bu cür fikir ayrılığı Avropa üçün problemdir.

“2022-ci ildən biz Rusiyanın təcavüzünə cavabımızı təcrid olunmuş şəkildə, sanki Qərbin qapalı gəmisində inkişaf etdiririk. Biz tez bir zamanda Ukraynanı necə dəstəkləmək və müharibəni necə bitirmək barədə razılığa gəldik. Amma dünyanın əksər hissəsi, ilk növbədə BRİKS ölkələri haqqında düşünürəm, bizim təhlillərimizi bölüşmür və mövqeyimizi anlamır. Bu problemdir”, - deyə o bildirib.Bundan əlavə, Nehammer vurğulayıb ki, Avropa ölkələri öz mövqelərini Hindistan, Çin və Braziliyaya çatdırmağa çalışırlar. Onun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli əlaqələrin qurulmasından və danışıqlar masasına qayıtmaqdan keçir.

Nehammer daha əvvəl demişdi ki, Avstriya hərbi neytrallığı azaltmağa hazırlaşır

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025