Mobil versiya
Dövlət qulluqçularna qarşı aparılan qərəzli kampaniyalara son qoyulmalıdır
Tarix: 08-04-2024 | Saat: 10:00
Bölmə:Özəl | çapa göndər

Dövlət qulluqçularna qarşı aparılan qərəzli kampaniyalara son qoyulmalıdır

Çox qəribədir ki, bu gün artıq dünyanın bir çox ölkələrində “tiktok” sosial şəbəkə platformasının bağlanması barədə müzakirələr aparıldığı halda, Azərbaycanda bəzi mətbu orqanları bu platformanı hələ də obyektiv informasiya mənbəyi, oradan səsləndirilən fikirləri isə növbəti materialın hazırlanmasında əsas kimi qəbul edirlər. Əlbəttə ki, kimin hansı informasiyanı həqiqət, hansını uydurma kimi qəbul etmək hər kəsin şəxsi işidir. Lakin bu şərtlə ki, əsassız ittihamlardan, şəxsi ambisiyalar üzərində formalaşan qərəzli fikir və rəylərdən də üçüncü şəxslərə qarşı “qara piar” kampaniyalarının hazırlanmasında istifadə olunmasın.

Bu günlərdə internet saytlarından birində dərc olunmuş növbəti bir yazıda da müəllif hazırlayıb dərc etdiyi materialda əsas məqsədin guya ki, konkret seçilmiş bir uşaq incəsənət təhsil müəssisəsində “baş verən bir çox neqativ hallara” diqqət çəkmək olduğunu vurğulamağa çalışır. Amma əgər səbr edib yazını heç olmasa yarıya qədər oxuya bilsəniz, bu zaman siz də əmin olacaqsınız ki, əsas “hədəf”, sən demə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovdur. Həm də Həsən müəllimin ünvanına irəli sürülən ittihamlarla tanış olandan sonra, hansısa təhsil məktəbində baş verənlər demək olar ki, ikinci plana çəkilir. Müəllifin də istinad etdiyi etibarlı mənbə kimi də müəyyən səbəblərdən Şəki ŞİH-dən narazılığı olan bir vətəndaşın məhz elə “tiktok” üzərindən etdiyi bir neçə dəqiqəlik çıxışı təqdim olunur. Hər zaman olduğu kimi, yazıda Şəki rayon sakininin müraciətində “bir çox məsələlərin açıqlandığı” bildirilsə də, nəticə etibarı ilə həmin çıxışın növbəti dövlət məmurunun ünvanına səsləndirilən və ümumi sözlərlə ifadə olunan dəlilsiz və əsassız cəfəngiyyat olduğunu görürük.

Amma təəssüflər olsun ki, nə müəllif, nə də onu tənqidi materiala həvəsləndirən mənbə Həsən Həsənovun həyat və fəaliyyətində kifayət qədər rast gəlinən və mahiyyət etibarı ilə Həsən müəllimin bütün ömrünün amalını təşkil edən Vətən sevgisini, Azərbaycan dövlətçiliyinə sədaqətini, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siysi xəttə loyallığını özündə əks etdirən epizodlardan qətiyyən bəhs etmir. Halbuki, Həsən Həsənov hələ bu vəzifəyə təyin olunmamışdan əvvəl uzun müddət Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri vəzifəsində çalışıb. Əlbəttə ki, bu faktın özü artıq Həsən müəllimin şəxsiyyəti barədə müəyyən obyektiv fikir formalaşdırmaq üçün kifayət qədər yetərlidir. Digər tərəfdən isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Həsənov Həsən Yusub oğlu “Tərəqqi” medalı ilə təltif olunmuşdur və bu mükafat Həsən müəllimin fəaliyyətinə dövlətimiz tərəfindən verilən yüksək dəyərin ən bariz göstəricisidir.

Elman Hüseynov
Elbrus Bağırov

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025