İnkişafa doğru
Tarix: 08-04-2024 | Saat: 09:56
Bölmə:Siyasət / Özəl | çapa göndər
2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı.
Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Bu Afrika ölkəsinin Azərbaycanda səfirlik açması onun bizimlə sıx əlaqələr qurmaq istəməsindən xəbər verir. Mümkündür ki, onlar Azərbaycan şirkətlərinin Konqo şirkətlərinə sərmayə qoyulmasında, neft-qaz yataqlarının istismarında Azərbaycan təcrübəsindən istifadə olunmasında, konqolu gənclərin Azərbaycan universitetlərində təhsil almasında maraqlıdırlar. Həmçinin digər sahələrlə əməkdaşlıq istəkləri də məlumdur.
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso yüksək səviyyədə qarşılanmış və hər iki dövlətin başçıları arasında keçirilən görüşdə əməkdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imzalanmış sənədləri sanballı sənədlər adlandıraraq bundan sonra Azərbaycanla Konqo Respublikası arasında möhkəm dostluq əlaqələrinin yaranacağından məmnunluğunu ifadə etmişdir: “Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.”
İqtisadi sahədə əmkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edən ölkəmizin başçısı bildirmişdir ki, “ Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.”
Göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir. Bununla da Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Bildirək ki, istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər