Mobil versiya
Qusarda Azərbaycanın Fəxri Bədən tərbiyəsi və İdman işçisi Fikrət Qardaşovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib -Fotolar
Tarix: 15-08-2025 | Saat: 19:06
Bölmə:Ölkə | çapa göndər

Qusarda Azərbaycanın Fəxri Bədən tərbiyəsi və İdman işçisi Fikrət Qardaşovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib

Qusar Olimpiya İdman Kompleksində turnirin təntənəli açılışında giriş sözü ilə çıxış edən Quba-Xaçmaz regional gənclər və idman idarəsi Qusar rayon sektorunun müdiri Emil Əmirmətov Fəxri Bədən tərbiyəsi və İdman işçisi Fikrət Qardaşovun xatirəsinə həsr olunan oğlanlar arasında voleybol turnirin ənənəvi olaraq keçirildiyini qeyd etdi.Bildirdi ki,belə turnirlərin keçirilməsi gənclər arasında komanda idman növlərinin inkişaf etdirilməsi və tanınmış idmançıların xatirələrinin yad edilməsi,həm də onların idman nailiyyətlərinin təbliğ edilməsi baxımından çox əhəmiyyət kəsb edir.

aia.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayonun ictimai-siyasi həyatında Fikrət Qardaşovun fəaliyyətindən söz açmış və onun partiyanın rayon təşkilatında göstərdiyi əvəzsiz xidmətlərini qeyd etmişdir.

Açılış mərasimində söz alan əmək veteranı Zahid Həsənov,əməkdar jurnalist Vidadi Sevzixanov Fikrət müəllimin bacarıqlı,təşəbbüskar bir idman təşkilatçısı kimi yaddaşlarda qaldığını qeyd etdi.

Fikrət Qardaşovun ailəsi adından çıxış edən qardaşı Faiq Qardaşov turnirin təşkilinə görə Qusar rayon İcra Hakimiyyətin təhbərliyinə,rayon gənclər və idman sektoruna və bütün təşkilatlara təşəkkürünü bildirmişdir.

Tədbir iştirakçıları Fəxri Bədən tərbiyəsi və İdman işçisi Fikrət Qardaşovun məzarını ziyarət edərək onun xatirəsini yad etmişdir.

Qeyd edək ki, Fəxri Bədən tərbiyəsi və İdman işçisi Fikrət Qardaşov 1955-ci ildə Qusar rayonun Əcəxur kəndində anadan olmuşdur.

Azərbaycan Bədən tərbiyəsi İnstitutunu bitirdikdən sonra rayonun ümumtəhsil məktəblərində müəllim,rayon idman komitəsinin sədri,1994-cü ildən 2002-ci ilə qədər isə rayon gənclər və idman idarəsinin ilk rəisi işləmişdir.

Fikrət Qardaşov Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının ən fəal üzvü kimi rayonun ictimai-siyasi fəaliyyətində həmişə seçilib.

O,2001-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyası II Qurultayının iştirakçısı olmuşdur.

Fikrət Qardaşov 2002-ci ilin may ayının 2-də ömrünün 47-ci ilində vəfat etmişdir.

Onun əziz xatirəsi rayon idman ictimaiyyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2025