Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
Tarix: 15-08-2025 | Saat: 17:48
Bölmə:Dünya | çapa göndər

ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammitin nəticəsiz qalacağı təqdirdə Rusiyanı iqtisadi nəticələrlə hədələyib.
aia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Putinin müharibəni davam etdiyi təqdirdə, ciddi nəticələrlə üzləşəcəyini deyib.
O həmçinin Ukrayna üçün təhlükəsizlik təminatı haqqında danışarkən təhlükəsizlik qarantiyasının Avropa ölkələri ilə birgə təmin olunmasını dəstəklədiyini, lakin bu işin NATO bloku formasında təşkil edilməsinin əleyhinə olduğunu vurğulayıb.
ABŞ lideri Rusiya və Ukrayna arasında ərazi mübadiləsinin müzakirəyə açıq olduğunu, lakin mübadilə ilə bağlı hər hansı bir qərarın Ukrayna tərəfindən veriləcəyini deyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-08-2025