Qəzza zolağında 24 saat ərzində 38 fələstinli İsrail hərbi əməliyyatlarının qurbanı olub
Tarix: 08-04-2024 | Saat: 09:16
Bölmə:Özəl | çapa göndər
Fələstinin WAFA agentliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin Qəzza zolağının müxtəlif ərazilərini atəşə tutması nəticəsində azı 38 mülki şəxs həlak olub, 70-dən çox insan yaralanıb.
"Son 24 saat ərzində işğalçı qüvvələr dörd qırğın törədib, nəticədə 38 vətəndaş həlak olub, 71 nəfər yaralanıb", - agentlik Fələstin anklavındakı səhiyyə mənbələrinə istinadən qeyd edib.
Onların sözlərinə görə, Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsi ərazisinə İsrailin hava hücumları nəticəsində 6 dinc sakin həlak olub, bir neçə nəfər isə yaralanıb.
Anklavın cənubunda İsrail aviasiyası Əl-Nəsr qəsəbəsində bir qrup mülki vətəndaşı hədəfə alıb, nəticədə ən azı bir mülki şəxs həlak olub, bir neçə nəfər isə yaralanıb. Qəzza şəhərinin Şücayyə məhəlləsində işğalçı qüvvələrin bombaladığı evin dağıntıları altından altı ölü cəsədi çıxarılıb.
İsrail ordusunun ötən ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı artıq 33 175 nəfərə çatıb. Ötən müddət ərzində Fələstin anklavında 75 800-dən çox insan yaralanıb.2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS qruplaşmasının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə qəfil hücum edərək, sərhəd icmalarının sakinlərini öldürdükdən və yüzlərlə insanı girov götürdükdən sonra Yaxın Şərqdə gərginlik yenidən alovlandı. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə şəhərindəki Əl-Əqsa məscidinə qarşı təcavüzkar hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, Zolaqdakı hədəflərə, həmçinin Livan və Suriyanın müəyyən ərazilərinə cavab zərbələri endirməyə başlayıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-də qüvvəyə minmiş və Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edən atəşkəsi pozmaqda ittiham edib. Fələstinlilər İsrailin yenidən təcavüzünə görə ABŞ-ı məsuliyyət daşıyırlar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər