Mobil versiya
“Krokus” terror aktında təqsirləndirilən şəxslər koordinatorlarının adını çəkiblər
Tarix: 08-04-2024 | Saat: 08:40
Bölmə:Özəl | çapa göndər

“Krokus” terror aktında təqsirləndirilən şəxslər koordinatorlarının adını çəkiblər

Moskva yaxınlığındakı Krasnoqorskdakı “Krokus Siti Holl”da terror aktının təşkilində ittiham olunanlar koordinatorlarının adını çəkiblər. Onların sözlərinə görə, Sayfullo onlarla əlaqə saxlayıb və hər birinə 1 milyon rubl vəd edib, Rusiya Federasiyası FSB-nin terrorçuların dindirilməsi ilə bağlı müvafiq videosu Birinci Kanalda nümayiş etdirilib."Sayfullo bizə Ukraynaya, Kiyevə getməyimizi dedi. Orada bizə bir milyon rubl verəcəklər", - təqsirləndirilənlərdən biri dindirmə zamanı qeyd edib.

Krokusda terror aktının təşkilində ittiham olunan daha bir şəxs Ukrayna sərhədini keçərkən vəd edilən yardımdan danışıb. "Biz Kiyevə getdik, orada pul gözləməli olduq - hərəsi bir milyon rubl. Sayfullo dedi ki, uşaqlar bizi orada Ukrayna sərhəddində gözləyəcək və sərhədi keçib Kiyevə çatmaqda bizə kömək edəcəklər. <...> [Koordinator dedi]: “Zəng edin, sonra sizə nə edəcəyinizi söyləyərəm” dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025