Mobil versiya
NATO-nun baş katibi Rusiya kəşfiyyat xidmətlərinin Avropada fəaliyyətinin genişləndiyini açıqlayıb
Tarix: 05-04-2024 | Saat: 21:19
Bölmə:Özəl | çapa göndər

NATO-nun baş katibi Rusiya kəşfiyyat xidmətlərinin Avropada fəaliyyətinin genişləndiyini açıqlayıb

Rusiya kəşfiyyat xidmətləri Avropada fəaliyyətlərini genişləndirir. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın Bild qəzetinə müsahibəsində bildirib.“Biz görmüşük və görürük ki, Rusiya kəşfiyyat xidmətləri uzun illərdir ki, Avropa ölkələrində işləyir. Onların fəaliyyətlərini genişləndirdiklərini də görürük. Təbii ki, NATO müttəfiqləri bunu çox diqqətlə izləyir”, - baş katib bildirib.
Onun sözlərinə görə, NATO müttəfiqləri onların fəaliyyətini çox diqqətlə izləyirlər.

Stoltenberq həmçinin bildirib ki, NATO Rusiya əməkdaşlarını kəşfiyyat işləri ilə bağlı iddia edilən qərargahından qovub. O qeyd edib ki, alyans müttəfiqləri öz ölkələrində də analoji tədbirlər görürlər.

Eyni zamanda, baş katib öz bəyanatlarını təsdiqləyən heç bir sübut təqdim etməyib.Bundan əvvəl Avropa Parlamentinin üzvləri Sandra Kalniete, Roberts Zile və İvar İcabs AP-də “rus casuslarının” olduğunu iddia etmişdilər.

aia.az
Təərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025