Mobil versiya
Nyu-York yaxınlığındakı zəlzələ səbəbindən beş hava limanı uçuşları təxirə salıb
Tarix: 05-04-2024 | Saat: 21:11
Bölmə:Özəl | çapa göndər

Nyu-York yaxınlığındakı zəlzələ səbəbindən beş hava limanı uçuşları təxirə salıb

The New York Times xəbər verir ki, cümə günü səhər saatlarında baş verən zəlzələ səbəbindən Nyu-York ərazisindəki beş hava limanında uçuşlar 30-45 dəqiqə gecikir.

Belə ki, Nyu-Cersidəki Newark Liberty, Nyu-Yorkun şimalındakı Kuinsdəki LaGuardia beynəlxalq mülki hava limanları, o cümlədən Nyu-Yorkdakı Con Kennedi və Nyu Cersidəki Teterboro hava limanları zəlzələ səbəbiylə uçuşlar gecikə biləcəyini açıqladı. 45 dəqiqəyə qədər.

Bundan əlavə, Merilend ştatındakı Baltimor-Vaşinqton Beynəlxalq Hava Limanına uçuşlar 30 dəqiqəyə qədər gecikir.

Eyni zamanda şəhərin meri Erik Adams bildirib ki, zəlzələ ilə bağlı tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur.ABŞ Geoloji Xidmətinin məlumatına görə, 1950-ci ildən bu yana bu zəlzələ Nyu Yorkdan 400 km radiusda qeydə alınan üçüncü ən güclü zəlzələ olub.

“The New York Times” qeyd edir ki, şəhər hakimiyyət orqanları vətəndaşları vəziyyətlə bağlı xəbərdar etməkdə gecikib. Bəzi şəhər sakinləri zəlzələ ilə bağlı xəbərləri hadisədən cəmi 40 dəqiqə sonra alıblar.

Cümə günü Nyu-Yorkda və onun ətraflarında kifayət qədər güclü zəlzələ qeydə alınıb - onun maqnitudası 4,8 olub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025