Mobil versiya
Azərbaycan-Konqo münasibətləri möhkəmlənir
Tarix: 05-04-2024 | Saat: 19:04
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan-Konqo münasibətləri möhkəmlənir

Bu gün Azərbaycan Avropa və Asiya dövlətləri ilə yanaşı Afrika ölkələri ilə də münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Bu yanaşma bir daha onu göstərir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu çoxşaxəlidir və eyni zamanda da perspektiv hədəflərə düzgün hesablanmışdır.

Son vaxtlar Azərbaycanın əməkdaşlıq əlaqələrini dərinləşdirmək məqsədilə məqsədyönlü addımlar atdığı ölkələrdən biri də Konqodur. Hazırda bu əlaqələrin siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Ölkələrimiz Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verirlər. Aydındır ki, həm Azərbaycan, həm də Konqo bu zəmində münasibətlərin daha da gücləndirilməsində maraqlıdırlar. Bu baxımdan aprelin 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana etdiyi rəsmi səfər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfə olacaq.

İlk növbədə belə bir məqamı qeyd etmək lazımdır ki, bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bütün digər ölkələr kimi, Konqo üçün də Azərbaycan ilə əlavə əməkdaşlıq imkanları yaradır. Aprelin 4-də iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilmiş geniş tərkibdə görüş zamanı etdiyi çıxışında da cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-la bağlı Konqo ilə birgə işləməyə hazırdır.

Cənab Prezident İlham Əliyev aprelin 4-də Konqo Prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanatla etdiyi çıxışında bir daha vurğuladı ki, ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövr ərzində bu təşkilatın əldə etdiyi nailiyyətlərdə ölkəmizin təşəbbüslərinə hər zaman dəstək verən Konqonun da xüsusi payı vardır. Məlumdur ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional quruluş baxımından xeyli inkişaf etmişdir. Təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır. Birmənalı olaraq deyə bilərik ki, əgər bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü bir təşkilata çevrilmişdirsə, sözsüz ki, bu dəyişmədə Azərbaycanın önəmli rolu tamamilə danılmazdır.

Dövlətimizin başçısı həmçinin öz çıxışında bəyan etdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bu, ilk növbədə kənd təsərrüfatı sahəsinə şamil olunsa da, perspektivdə bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanların olduğu vurğulandı. Bundan başqa təqdim olunan açıqlamalarda belə bir maraqlı məqam da qeyd olundu ki, hələ SSRİ dönəmində Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Bu isə o deməkdir ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq təcrübəsi kiçik həcmdə də olsa, mövcuddur. Buna görə, hazırda Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təqaüd proqramı çərçivəsində konqolu tələbələrin ölkəmizdə təhsil almaları mövzusunda aparılan müzakirələrin tezliklə müsbət nəticələr verəcəyini demək olar.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024