Mobil versiya
Mbappe transferi rəsmən bitdi - DETALLAR
Tarix: 05-04-2024 | Saat: 17:03
Bölmə:İdman | çapa göndər

Mbappe transferi rəsmən bitdi -

PSJ klubunun futbolçusu Kilian Mbappe "Real Madrid"lə müqavilə imzalayıb.

aia.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat verib. Bildirilir ki, Mbappe fevral ayının ilk həftəsində 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Mbappenin AVRO-2024-də heç bir təzyiq olmadan oynamaq istədiyi, bu səbəbdən onun "Real Madrid"ə keçidinin turnirdən əvvəl açıqlanacağı bildirilib. Bununla bağlı İspan nəhəngi ulduz futbolçu ilə anlaşıb. Xəbərdə "Real Madrid"in Kilian Mbappenin komandası ilə transferin rəsmi şəkildə açıqlanması üçün anlaşdığı və bütün təşəbbüsün ulduz futbolçuya aid olduğu qeyd edilib.

Qeyd edək ki, Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək./metbuat

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024