AZƏRBAYCANIN XARİCİ ƏLAQƏLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR!
Tarix: 05-04-2024 | Saat: 10:53
Bölmə:Özəl | çapa göndər
Son dövrün hadisələrinə nəzər salsaq görərik ki, Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə bu istiqamətdə uğurlu və ardıcıl addımlar atılıb. Məhz bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib. Dünya dövlətləri ilə qurduğu əlaqələr əmkdaşlığın daha da dərinləşməsinə töhfəsini verir. Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının daha bir göstəricisidir. Vurğulayaq ki, Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış "Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike" əsasında qurulmuşdur. Bu gün Azərbaycan ilə Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər mövcuddur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mövcud münasibətlərin davamlığına əsaslanır. Belə ki, hər iki dövlətin prezidentləri tərəfindən "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" imzalanıbdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışlarında dövlət başçımız əməkdaşlıq haqqında imzalanan Bəyannamənin çox önəmli və sanballı bir sənəd olduğunu bildirib və bunun əməkdaşlığı perspektivlərini müəyyən edəcəyini diqqətə çəkib: "Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu"nun, "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nın, "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu"nun imzalanması bu və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsində mühüm sənədlərdir.Səfər çərçivəsində eyni zamanda, təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanları da müzakirə edilib. Ölkələr arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşdə söylədiyi kimi, "Səfəriniz gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir". Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm.
Səfər çərçivəsində iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. "Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var", - deyən dövlətimizin başçısı bildirib ki, bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar. Karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialı vardır. Ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda əməkdaşlıq üçün imkanlar vardır. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Sevinc Əhədova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər