Mobil versiya
Crocus City Hall-un daxili divarları yanan materiallarla bəzədilib
Tarix: 04-04-2024 | Saat: 08:25
Bölmə:Özəl | çapa göndər

Crocus City Hall-un daxili divarları yanan materiallarla bəzədilib

Rusiya hüquq-mühafizə orqanları bildiriblər ki, hazırda bütün hesabatlar, sənədlər və arayışlar diqqətlə öyrənilir və təhlil edilir.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, Moskva yaxınlığındakı Crocus City Hall konsert məkanının interyerinin bəzədilməsi üçün istifadə edilən materiallar, ehtimal ki, terrorçular tərəfindən törədilən yanğının binaya sürətlə yayılmasına kömək edib.

“İlkin məlumatlara görə, “Crocus City Hall”un konsert məkanının divarları yanar materiallarla bəzədilib ki, bu da terrorçular tərəfindən törədilən yanğının çox sürətlə yayılmasına kömək edib”, - mənbə bildirib.

O, əlavə edib ki, bu materiallar yüksək alışqan olmaqla yanaşı, yanan zaman çox miqdarda yüksək zəhərli tüstü yaradır.

Rusiya hüquq-mühafizə orqanları bildiriblər ki, hazırda bütün hesabatlar, sənədlər və arayışlar diqqətlə öyrənilir və təhlil edilir.

Yanan binadan qaçmağı bacaran şahidlərin dediyinə görə, terrorçular tərəfindən qoyulan yanğın demək olar ki, anında konsert zalının bütün divarını bürüyüb.

Hücum qurbanlarını təmsil edən vəkil İqor Trunov Rusiya İstintaq Komitəsindən konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanmasını xahiş edib, çünki binada müvafiq yanğın təhlükəsizliyi avadanlığı yoxdur.

Martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində, Moskva şəhəri hüdudlarından bir qədər kənarda yerləşən musiqi məkanında terror aktı törədilib. Son məlumatlara görə, 144 nəfər ölüb, 551 nəfər yaralanıb. Müstəntiqlərin bildirdiyinə görə, dörd silahlının hamısı yaxalanıb, digər beşinin isə onlara kömək etdiyi güman edilir. Rusiya İstintaq Komitəsi cinayəti törədənlərin Ukrayna millətçiləri ilə əlaqəsi olduğunu bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025