Şəhidlər Tarixdə Qan Yaddaşımız -Fotolar
Tarix: 03-04-2024 | Saat: 10:54
Bölmə:Özəl | çapa göndər
Vətənpərvərlik insanların ən müqəddəs və qürurverici cəhətlərindən biridir. Çünki, vətən insanın doğulub boya-başa çatdığı, uşaqlığının keçdiyi, ağrı-acısının, xoşbəxtliyinin yaşadığı yeridir. Vətən - torpaq, yurd deməkdir. Azərbaycan bizim hər şeyimizdir. Sərbəst yaşaya biləcəyimiz, doğma dilimizin danışdığı, dinimizə əməl edə biləcəyimiz yer deməkdir. Vətən - ruh, yaşamaq sevinci, əsarətə məhkum edilməmək deməkdir. Vətənimizin birlik və həmrəyliyinin pozulmaması, digər qüvvələrin ölkəmizə xələl gətirməməsi üçün daim çalışmalıyıq. Vətənin hər bir qarış torpağını qoruyub saxlamaq və bizə babalarımızdan miras qalan müqəddəs torpaqlara sahib çıxmaq bizim borcumuzdur. Çünki, bu vətənin azadlığı uğrunda neçə-neçə mərd oğullarımız şəhid olub.
Vətən - torpaq uğrunda düşmənlə qorxmadan vuruşan, canını vətən yolunda fəda edən şəhid oğullarımız əslində qəhrəmanın ölümü deyil, uca Allahın dərgahında ölümün qəhrəmanlığıdır.
Vətən sözü gələndə gözü heç nə görməyən, geridə qoyacağı insanları belə düşünmədən “Vətən” deyən, haqqı ödənilməyən şəhidlərimizi heç bir zaman unutmamalıyıq. Onların əzizlərinə daima qayğı göstərməliyik ki, onların ruhu şad olsun və ayaq basdığımız torpaq bizə haram olmasın.
Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Vətənin azadlığı dərk olunmuş zərurətdir. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır, qanımızın axdığı yerdir.
Tarıverdiyev Nicat Şöhrət oğlu – dönməz, əzilməz, yıxılmaz ürəyi hər kəsdən xəbərsiz vətən sevgisi ilə dolu olan, arzuları qəlbində çiçək kimi parlayan, hər dəfə qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olan və 44 günlük vətən müharibəsində düşmənlə qorxmadan döyüşərək şəhidlik zirvəsinə ucalan Nicat.....
Ürəkləri fəth edən Nicat heç bir zaman yaddaşlardan silinməyəcək və unudulmayacaq. Azərbaycan xalqına qələbə sevincini yaşadaraq bir tərəfdən də acı bir yoxluğun izini qoyub gedən Nicat, təkcə anasının yox, bütün Azərbaycan xalqının qəhrəmanıdır. Qəhrəmanımız 1998-ci ilin noyabrın 17-də Bakıda anadan olub. 132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirmişdir. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda dəfələrlə qalib olub.
Azərbaycan Ordusunun əsgəri olan Tarıverdiyev Nicat 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
44 gün döyüş əməliyyatlarında iştirak edərək, qələbəyə saylı dəqiqələr qalmış 9 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Noyabrın 16-da II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Şəhidlərimizi unutmayaq ki, Allah da bizi unutmasın!
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Afət İlkin
Şəhidim bir danəm
Bir gün qəhrəmanlar ölmür dedilər,
Bu şəhidlik sevdan yandırdı məni.
Sənsizlik kabus tək çökdü üstümə,
İtirdim bir danəm, itirdim səni.
İndi mən sənsiz tənha qalmışam,
Tənhalıq bıçaq tək sökər bağrımı,
Evin qapısını da açıq qoymuşam.
Yoxluğun kar edir qulaqlarımı.
Əbədi yerin var ürəkdə, canda
Yaşamaq səbəbim ancaq sən oldun.
Şəhidim sən geri qayıtmasan da,
Son zəfər müjdəli bayrağım oldun.
Vətən üçün yaşadın halalın olsun,
Rəbbim məzarını nurla doldursun.
Rahat yat Nicatım, vətən sağ olsun,
Torpağı qanınla qazandın oğlum.
Sən mənim nəfəsim, həyatım oğlum,
Döyünən ürəyim, qanadım oğlum,
Zirvəyə ucalan şəhidlər ölməz
Şəhid zirvəsinə ucaldın oğlum.
Şairə Nəsibə Köçəri
Terapevt-kardioloq, Tibb üzrə fəlsəfə doktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025
20-01-2025