Mobil versiya
Stoltenberq Ukrayna üçün fond yaratmağı təklif edib
Tarix: 02-04-2024 | Saat: 21:01
Bölmə:Özəl | çapa göndər

Stoltenberq Ukrayna üçün fond yaratmağı təklif edib

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın maliyyələşdirilməsi üçün beş il ərzində 100 milyard dollar məbləğində töhfə fondunun yaradılmasını təklif edib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.“Stoltenberq alyans liderlərinin iyulda Vaşinqtonda görüşdükləri zaman imzalayacaqları paketin bir hissəsi olaraq Ukrayna üçün beş il ərzində 100 milyard dollarlıq müttəfiq ianə fondu yaratmağı təklif edir”, mətndə deyilir.
Eyni zamanda, Bloomberg qeyd edib ki, müttəfiqlər hələ də baş katibin təklifini və Ukraynaya ikitərəfli yardımın ümumi məbləğə daxil edilib-edilməməsi məsələsi də daxil olmaqla “hər hansı hesablama mexanizmini” müzakirə edirlər. Agentlik hesab edir ki, Stoltenberqin 30 NATO ölkəsinin təsdiqini tələb edən təklifi yekun razılaşmadan əvvəl dəyişdiriləcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024