Mobil versiya
Türkiyədə seçkilərdə qalib gələn bələdiyyə sədrinin evinin qarşısında atışma olub
Tarix: 02-04-2024 | Saat: 09:51
Bölmə:Özəl | çapa göndər

Türkiyədə seçkilərdə qalib gələn bələdiyyə sədrinin evinin qarşısında atışma olub

Aprelin 2-nə keçən gecə Türkiyədə bir neçə gün əvvəl Türkiyənin Giresun şəhərinin bələdiyyə sədri seçilən siyasətçi Bülənt Karanın evinə atəş açan şəxs saxlanılıb. Bu barədə NTV məlumat yayıb.NTV-nin məlumatına görə, bir nəfər merin evinə gələrək tapança ilə havaya atəş açıb və Karadan onun yanına çıxmasını tələb etməyə başlayıb.

Hadisə yerinə gələn polis atəş açan şəxsi saxlayıb.

Kara daha sonra polisə ifadə verib və ona qarşı təcavüzün nə ilə bağlı ola biləcəyini bilmədiyini vurğulayıb.“Bu axşam dəhşətli hadisə yaşadıq. Evimizin qarşısında bir nəfər tapança ilə atəş açıb, xoşbəxtlikdən xəsarət alan olmayıb. Bunu kimin təhrik etdiyini bilmirik, lakin polisimiz hadisəyə tez müdaxilə edərək şəxsi saxlayıb. Qalanı isə məhkəmə sistemindən asılıdır”.“Bu axşam dəhşətli hadisə yaşadıq. Evimizin qarşısında bir nəfər tapança ilə atəş açıb, xoşbəxtlikdən xəsarət alan olmayıb. Bunu kimin təhrik etdiyini bilmirik, lakin polisimiz hadisəyə tez müdaxilə edərək şəxsi saxlayıb. Qalanı isə məhkəmə sistemindən asılıdır”.
Kara, Kamal Atatürkün prinsip və ideallarını dəstəkləyən millətçi və dünyəvi İYİ Partiyasının üzvüdür.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) martın sonunda Türkiyədə keçirilən yerli seçkilərdə 20 ildən sonra ilk dəfə prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasına (AKP) qalib gəlib. Ekspertlər bu nəticələri Türkiyə iqtisadiyyatındakı problemlərlə əlaqələndiriblər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025