Mobil versiya
Belqorodda raket təhlükəsi elan edilib
Tarix: 01-04-2024 | Saat: 17:40
Bölmə:Özəl | çapa göndər

Belqorodda raket təhlükəsi elan edilib

Belqorod və Belqorod vilayətində raket təhlükəsi elan edilib. Bu barədə meriyanın Telegram kanalında məlumat verilib."RSChS: Diqqət! Belqorod şəhəri və Belqorod vilayəti. Raket təhlükəsi”, - mesajda deyilir.
Belqorod administrasiyası sakinləri mümkünsə evdə qalmağa və pəncərələrə yaxınlaşmamağa çağırıb. Vyaçeslav Qladkov Belqorod vilayətində də raket təhlükəsi elan edib. Hazırda başqa məlumat yoxdur.

Bir gün əvvəl məlum olmuşdu ki, Rusiya hərbçiləri Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv ediblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə tipli pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan edib. Belə ki, onun sözlərinə görə, Moskva Donetsk və Luqansk xalq respublikalarının rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə cavab verib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025