Ölkəmizin mövqeyi dəstəklənib
Tarix: 20-03-2024 | Saat: 10:24
Bölmə:Siyasət / Özəl | çapa göndər
2024-cü il NATO-nun Azərbaycanla əməkdaşlığının 32-cu ildönümü kimi qiymətləndirilir. Belə ki, Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb və sonrakı illərdə inkişaf etdirilib. Belə ki, Azərbaycanın NATO ilə daha sıx əməkdaşlığı 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Məhz Heydər Əliyevin 1997-ci il noyabrın 21-də imzaladığı Fərmanına əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub və bu gün də həmin nümayəndəlik fəaliyyətini uğurla davam etdirməkdədir.
1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalanıb. 1997-ci ilin noyabrında NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün ölkəmiz SNT-nin Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin 1997-ci il 12 noyabr tarixli fərmanına əsasən, NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. NATO Siyasi Komitəsi 1998-ci il mayın 12-də Azərbaycanın "19+1" formatında SNT-də iştirakını müzakirə edib. 1998-ci il noyabrın 15-də SNT SOFA və onun Əlavə Protokolu Azərbaycan tərəfindən imzalanıb. 1999-cu ilin sentyabrında Qafqazda regional əməkdaşlığı araşdırmaq üçün EAPC xüsusi işçi qrupu yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə Azərbaycan arasında əməkdaşlığa daim önəm verib və əbəs deyil ki, 2004-cü ildə ölkəmiz qurumun Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün münasibətlər daha da genişləndirilir. Prezident İlham Əliyev dəfələrlə NATO-nun mənzil-qərargahını ziyarət edib, NATO-nun Baş katibləri isə Azərbaycana müxtəlif hərbi-siyasi məsələlərin müzakirəsi üçün səfərlərə gəliblər.
Belə səfərlərdən biri də martın 17-də reallaşıb. Belə ki, NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana səfərə gəlib və yüksəsk səviyyədə qəbul olunub. Qəbuldan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər. Ölkəmizin başçısı NATO ilə əməkdaşlığa xsusi önəm verildiyini diqqətə çatdıraraq qeyd edib ki, “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.”
Uzun illər müzakirə mövzuzu olmuş Azərbaycan-Ermənistan münaqişəsinin hərbi-siyasi yolla həll edildiyini diqqətə çatdıran cənab İlham Əliyev bildirib ki, artıq bu münaqişə sona çatıb və müzakirə mövzusu deyildir. Hazırda sülh prosesi davam edir və bu gün hər iki ölkə sülhə çox yaxındırlar.
Baş katiblə enerji təhlükəsizliyi məsləsinin müzakirə edildiyini bildirən ölkə başçısı bildirib: “Brüsseldəki son görüşümüzdən bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlət bizim tərəfdaşımız oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.”Cənab Prezident Azərbaycanın yaşıl enerji gündəliyinin zəngin olduğunu bildirərək COP29 un ölkəmizdə keçirilməsini bizim iqlim dəyişikliklərinə həssas münasibətimizin təzahürüdür. Cənab Yens Stoltenberq qeyd edilən məsələrə münasibət bildirərək Azərbaycanın alternativ enerjiyə sərmayə yatırmasını təqdirəlayiq hal kimi dəyərləndirmiş, sülh prosesində ölkəmizin mövqeyini qiymətləndirmişdir.
Qeyd edilənlər göstərir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyev ölkəmzin azad, suveren və müstəqil siyasət yürüdən ölkə kimi tanınmasında bundan sonra da səylərini əsirgəməyəcəkdir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər