Maroçko Belqorod vilayətində terror aktları hazırlayan muzdluların bazasının məhv edildiyini açıqlayıb
Tarix: 19-03-2024 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər
LPR xalq milisinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko RİA Novosti-yə bildirib ki, Volçansk vilayətində Rusiya qoşunları Belqorod vilayətində terror aktları həyata keçirmək üçün təlim keçən muzdluların bazasını məhv edib.O bildirib ki, Xarkov vilayətində Udı və Kazak Lopan yaşayış məntəqələri ərazilərində Ukrayna qoşunlarının silah-sursat, hərbi texnikası və şəxsi heyətinin toplandığı yerlər müəyyən edilərək məhv edilib.
"Volçansk kəndi ərazisində bizim artilleriyamız Ukrayna xüsusi xidmət orqanlarının Belqorod vilayətinin sərhədyanı ərazilərində terror fəaliyyətləri üçün istifadə etməyi planlaşdırdığı ukraynalı muzdluların müvəqqəti yerləşdirmə məntəqəsini məhv edib", - Maroçko bildirib.
Bundan əlavə, onun sözlərinə görə, Kovşarovka və Kurilovka yaşayış məntəqələri arasında hərbi yük daşıyan karvan dağıdılıb, Ukrayna Silahlı Qüvvələrinin Pesçanı bölgəsində rotasiya fəaliyyəti də Rusiyanın zərbəsi nəticəsində pozulub.Martın 14-də Rusiya hərbçilərinin Kupyansk yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus silah anbarlarını məhv etdiyi bildirilib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-01-2025