Əməkdaşlıq nümunəsi
Tarix: 19-03-2024 | Saat: 09:40
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Dil və etnik mənsubiyyət baxımından bir-biri ilə əlaqəsi olmayan bu iki xalq uzun əsrlər boyu eyni bölgədə yaşamış və eyni tarixi təcrübənin böyük hissəsini paylaşmışdır. Onların arasında dini fərqlər yalnız Cənubi Qafqazın qeyri-adi mədəni müxtəlifliyinə və zənginliyinə dəlalət edir. İki əsr ərzində Azərbaycan və Gürcüstan Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin ittifaq respublikalarının tərkibində olublar. Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Heç şübhəsiz, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub. Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir.
Martın 16-da Baş nazir seçildikdən sonra ilk səfərini Azərbaycan Respublikasına edən Gürcüstan Hökumətinin başçısı yükəsk səviyyədə qarşılandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Hər iki ölkənin rəhbəri öz bəyanatlarında qardaşlıq və dostluq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını və regionda sülhün, əmin-amanlığın inkişafa və tərəqqiyə apardığını qeyd ediblər.
Cənab Prezident İlham Əliyev Gürcüstan-Azərbaycan əlaqələrinin daim yüksək səviyyədə olduğunu bildirərək deyib: “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.”
Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə genişləndirilmiş formada fəaliyyətə başlayacağını bildirən ölkəmizin başçısı bunu böyük nailiyyət adalndıraraq bildirib ki, “Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.”
Azərbaycan, Gürcüstan və Türkiyənin Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malik olduğunu qeyd edən cənab Prezident Avropanın enerji tələbatının artdığını və ölkələrimizin enerji təhükəsizliyi sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.
Ulu öndərin əsasını qoyduğu siyasətin uğurlu davamı olaraq qonşu dövlətlərlə həyata keçirilən iqtisadi layihələr həm də siyasi münasibətlərə yaxşı mənada ciddi təsir göstərir. Bu səfər də həmin münasibətlərin bir nümunəsi kimi dəyərləndirilməlidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər