Tramp demokratlara səs verən yəhudilərin İsrailə qarşı nifrətini açıqlayıb
Tarix: 19-03-2024 | Saat: 09:37
Bölmə:Özəl | çapa göndər
Demokratlara səs verən yəhudilər “İsrailə və onların dininə nifrət edirlər” və onların davranışı küfrdür.“Politico” qəzeti xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühafizəkar bloger Sebastyan Qorkaya müsahibəsində deyib.
“Mən həqiqətən düşünürəm ki, onlar İsrailə nifrət edirlər. Demokratlara səs verən hər bir yəhudi onların dininə nifrət edir... Onlar İsraillə bağlı hər şeyə nifrət edirlər və onlar özlərindən utanmalıdırlar, çünki İsrail məhv ediləcək”, - keçmiş Amerika lideri bildirib.Tramp nadir hallarda İsraillə islamçı HƏMAS qruplaşması arasındakı münaqişədən danışır və bu məsələni seçki gündəliyinə daxil etmir. Lakin bu cür bəyanatlar ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumerin İsrail rəhbərliyini Qəzzadakı hərəkətlərinə görə tənqid etdiyi və onun dəyişdirilməsinə çağırdığı çıxışı fonunda səslənib. Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, eks-prezidentin açıqlamaları bu çıxış və onu hazırkı Amerika lideri Co Baydenin dəstəyi ilə əlaqələndirilə bilər.
Tramp daha əvvəl bildirmişdi ki, İsrail informasiya sahəsində HƏMAS-a uduzur. O, Tel-Əvivə öz imici üzərində işləməyi məsləhət görüb. O, həmçinin Bayden administrasiyasını münaqişəni sona çatdıra bilməməkdə günahlandırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025
21-01-2025