Mobil versiya
Media: Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri martda Hindistana səfər etməyi planlaşdırır
Tarix: 19-03-2024 | Saat: 09:25
Bölmə:Özəl | çapa göndər

Media: Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri martda Hindistana səfər etməyi planlaşdırır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yaxın vaxtlarda Hindistana səfər etməyi planlaşdırır. Bu barədə Hindistanın “The Hindu” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.Qarşıdan gələn səfər Ukraynanın yüksək vəzifəli rəsmisinin 2022-ci ilin fevralından bəri Hindistana ilk səfəri olacaq. Hindistanın baş naziri Narendra Modi ötən il Xirosimada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Qəzetin yazdığına görə, Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin mart ayında gözlənilən səfəri barədə məlumatlar Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakla Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar arasında telefon danışıqlarından sonra ortaya çıxıb. Bundan əvvəl Kuleba Cənubi Asiya respublikasının Ukraynadakı münaqişə ilə bağlı neytral mövqe tutmasına, Qərbin Rusiyaya qarşı sanksiyalarına məhəl qoymamasına və Rusiya Federasiyası ilə enerji ticarətini intensivləşdirməsinə görə Nyu-Dehlini kəskin tənqid edib.

Yanvarın 3-də Kuleba hindistanlı həmkarı Subrahmanyam Jaishankar ilə telefon danışığında yaxın gələcəkdə ikitərəfli hökumətlərarası komissiyanın iclaslarının bərpası imkanlarını, habelə Kiyevin təklif etdiyi “sülh formulu” üzrə gələcək əməkdaşlığı müzakirə edib.Ötən il dekabrın 27-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla nazir Cayşankar arasında keçirilən danışıqların mövzularından biri də Ukraynadakı münaqişə olub. Lavrovun dediyi kimi, Moskva hindistanlı həmkarlarına regional və qlobal problemlərin nəzərdən keçirilməsinə və həllinə məsuliyyətlə yanaşmaq, ilk növbədə milli maraqlara və bərabərhüquqlu, ədalətli beynəlxalq əməkdaşlıq maraqlarına diqqət yetirmək istəyinə görə minnətdardır. O qeyd edib ki, bu yanaşma həm də Hindistanın Ukraynada və onun ətrafında baş verən proseslərə münasibəti üçün xarakterikdir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə