Mobil versiya
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır
Tarix: 18-03-2024 | Saat: 17:29
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Azərbaycan-Gürcüstan əməkdaşlığı davamlı olaraq inkişaf edir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri getdikcə güclənir və möhkəmlənir. Ən yüksək səviyyədə mütəmadi keçirilən ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olmasına, xalqlarımızın daha da sıx dostluq etməsinə xidmət edir. O cümlədən 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə və genişlənməsinə böyük töhfədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, əsrlər boyu xalqlarımız arasında mövcud olmuş və indi də davam edən mehriban qonşuluq və dostluq münasibətləri həm ölkələrimiz üçün, həm də bütün bölgə üçün çox vacibdir və Cənubi Qafqazın inkişafı üçün tələb olunan zəruri şərtlərdən biridir. Bu gün Azərbaycan və Gürcüstan arasında həm enerji, həm də nəqliyyat sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilib və hər iki istiqamətdə fəaliyyət yüksək effektivliklə davam etdirilir. Ölkələrimizin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Lakin əldə olunmuş nailiyyətlər əlbəttə ki, son hədd deyil. Hazırda iki dost və strateji tərəfdaş ölkə arasında əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır.

Həmçinin bu gün Azərbaycan və Gürcüstanı energetika sahəsində ənənəvi istiqamətlərdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi də birləşdirir. Burada da iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ümumiyyətlə Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr bütün Avrasiya məkanı üçün böyük məna daşıyır.

Öz çıxışında cənab Prezident həmçinin xüsusi vurğulamışdır ki, Azərbaycan və Gürcüstan ölkələrimizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman bir-birilərinə qarşılıqlı dəstək veriblər. Bütün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın rəhbərləri ölkələrimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermiş, bütün səsvermələr zamanı bir-birini dəstəkləmişlər və bundan sonra da bu dəstək davam edəcək. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu bəyanatında da prinsipial mövqedən çıxış edərək bildirmişdir ki, heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. BMT Nizamnaməsi hər bir ölkənin özünü müdafiəetmə hüququnu tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol tamamilə qanunidir və ölkəmizin təcrübəsi dünyanın bir çox bölgələrində oxşar münaqişələrin həllində bariz nümunə ola bilər.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024