Mobil versiya
Futbolçularımıza Norveçlə oyunda qələbəyə görə veriləcək pul mükafatı açıqlandı: 1 milyon
Tarix: 10-10-2016, 18:58 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Futbolçularımıza Norveçlə oyunda qələbəyə görə veriləcək pul mükafatı açıqlandı: 1 milyon


DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin Norveç üzərində 1:0 hesablı qələbə qazanması futbolçuların büdcəsini xeyli zənginləşdirib.

AFFA ötən gecə qeydə alınan nəticəyə görə fantastik mükafat ayırıb.

Məlumata görə, oyuna start heyətdə başlayan hər futbolçuya 50 min manat veriləcək.

Oyuna sonradan daxil olan Ramil Şeydayev, Bədavi Hüseynov və Namiq Ələsgərov isə mükafatın 75%-ni alacaq. Bu isə 37500 manat deməkdir. Ehtiyat oyunçular skamyasında oturmuş, ancaq Norveçlə matçda forma şansı qazanmayıb 9 futbolçunun mükafatı isə 25 min manatdır. Bu isə o deməkdir ki, futbolçular üçün 887500 manatlıq mükafat büdcəsi ayrılıb.

Bu qələbədən seçməmizin baş məşqçisi Robert Prosineçki də öz payını alacaq. Bunu da nəzərə alsaq, deməli, mükafat 1 milyon manatı keçir.



5444 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930