Mobil versiya
XI QLOBAL BAKI FORUMU ƏHƏMİYYƏTİNƏ GÖRƏ VACİB BİR FORUMA ÇEVRİLİB!
Tarix: 15-03-2024 | Saat: 16:21
Bölmə:Özəl | çapa göndər

XI QLOBAL BAKI FORUMU ƏHƏMİYYƏTİNƏ GÖRƏ VACİB BİR FORUMA ÇEVRİLİB!

Qlobal Bakı Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən beynəlxalq əhəmiyyətli platformaya çevrilmişdir. Bu gün keçirilən forum sayca on birincidir. XI Qlobal Bakı Forumunda bu gün dünya üçün daha çox vacib məsələlər müzakirə olunacaqdır. Qlobal Forumun təşəbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdiririk. Forumun mövzusu Parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldilmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverənliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir. Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olacaqdır. XI Qlobal Bakı Forumunda həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə edilir.
Bu gün iqlim dəyişikliklərə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır. O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkələri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030 cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırmışdır. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-un yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir. Forumda müzakirə olunacaq pandemiya və yeni texnologiyalarla bağlı mövzular da dünya üçün çox əhəmiyyətli məsələdir. Qlobal Bakı Forumları dünyada baş verən qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilmişdir. Forumda 400-ə yaxın qonağın tərkibində fəaliyyətdə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəxalq təşkilatıların rəhbərləri, alimlər, siyasətçilər iştirak edirlər. Bu, bir daha Qlobal Forumun əhəmiyyətini göstərir.Bakı Forumunda bəşəriyyətə real təhlükə olan təhdidlərin, siyasi qərarların fonunda yaranan münaqişələrin, eyni zamanda iqlim, qida, nüvə təhlükəsizliyi və səhiyyə problemləri geniş müzakirə olunmaqla dünyanın xilasına Azərbaycan növbəti dəfə töhfə verdi.
Qlobal  Bakı Forumunda edilən müzakirələrin nəticələri beynəlxalq aləmdə, dünya mediasında ciddi reaksiyalar doğurur: “Artıq Azərbaycan müxtəlif beyin mərkəzlərinin əsas toplaşma məkanına çevrilibdir. İstər paytaxt Bakıda, istər işğaldan azad edilmiş ərazilərdə kifayət qədər önəmli, dünya səviyyəli forum və tədbirlər keçirilir. Cənab Prezident İlham Əliyevin himayəsi altında dəfələrlə keçirilmiş Qlobal Bakı Forumu dünyanın trendlərini müəyyənləşdirən ən mühüm beynəlxalq forumlardandır.  Burada edilən müzakirələr dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır. Daha yaxşı gələcək, dünya naminə qlobal həmrəylik və məsuliyyət şüurunun zəruriliyi ortaya çıxır. Eyni zamanda, hesab edirəm ki, bu gün ayrı-seçkiliyin, islamafobiyanın, iqlim məsuliyyətsizliyinin bütün dünya siyasətini cənginə aldığı bir vaxtda bu tip forumların kifayət qədər böyük əhəmiyyəti var.  Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, Davos Dünya İqtisadi Forumu, eləcə də Münxen Təhlükəsizlik Konfransı qədər vacib olan Qlobal Bakı Forumu dünya üçün səmərəli, aktual mövzuların çözülməsi, dialoqun qurulması istiqamətində aparılan müzakirələr bəşərin qurtuluşuna xidmət edir. Uzun illər işğaldan və müharibədən əziyyət çəkən Azərbaycanın bu gün beynəlxalq arenada dünyaya sülh çarçısı olaraq təqdimatı birmənalı şəkildə Prezident İlham Əliyevin mükəmməl xarici siyasətinin nəticəsidir. Qalib ölkə rəhbəri kimi Cənubi Qafqazda münaqişəyə son qoyan Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir. Reallıq odur ki, Azərbaycan öz lideri ilə birgə beynəlxalq aləmdə ədalətin təminatçısı obrazındadır və Bakı Forumu da bu həqiqətin növbəti təsdiqidir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025